1 dekabr 2011 11:37

İqor Mitreski: Biz Simurqa futbolla cavab verəcəyik

“Neftçi”nin müdafiəçisi İqor Mitreski Azərbaycan kubokunun “Simurq”la oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Zaqataladakı oyunla bağlı nə deyə bilərsiz?
- Əsas odu ki, biz qələbə qazandıq. “Simurq” bizi heç nə ilə təəccübləndirmədi. Bilirdik ki, rəqib bizimlə oyuna ciddi hazırlaşacaq və ikiqat güclə mübarizə aparacaq. Meydan sahibləri çox sərt oynayırdılar. Sanki onların məqsədi hamımızı zədələmək idi.
 
- Flavinyonun meydandan qovulması komandaya ciddi təsir etdi?
- Əlbəttə, səfərdə 10 nəfərlə mübarizə aparmaq çox çətindi. Amma biz qələbə hesabını qoruya bildik.
 
- İkinci hissəni tez-tez yada salacaqsız?
- Hansı mənada? Mən deməzdim ki, “Simurq”un çox qol epizodu oldu. Yadımda qalan yalnız Rauf Mehdiyevin möhtəşəm oynadığı epizoddu. Hər hücumu təhlükəli qol epizodu adlandırmaq olmaz. Prinsipcə, normal oyun idi. Çünki “Simurq” uduzan tərəf idi və buna görə irəli atılmağa məcbur idi.
 
- Dekabrın 4-də “Simurq”la yenə qarşılaşacaqsız. Amma Premyer Liqa çərçivəsində...
- Evdə artıq başqa cür oynayacağıq. Deyərdim ki, biz “Simurq”a futbolla cavab verəcəyik. Onlar biziki fiziki cəhətdən sıradan çıxarmaq istəyirdilər. Biz isə oyunumuzla onları susduracağıq. Özü də birinci yerdə gedirik və bu mövqeyimizi kiməsə güzəştə getmək fikrimiz yoxdu. Sizi əmin edirəm ki, zaqatalalılar evə xalsız dönəcəklər.
 
- 1/4 finalda “Kəpəz”lə qarşılaşacaqsız. Gəncəliləri sizin üçün münasib rəqib saymaq olar?
- “Kəpəz” əvvəllər güclü idi. İndi onlar heç də yaxşı günlərini keçirmirlər. Amma bu oyunlar martda baş tutacaq. Həmin vaxta kimi çox şey dəyişə bilər. Özü də cütün taleyi iki oyunda müəyyənləşəcək.
 
- Flavinyonun meydandan qovulması hakimlərin “Neftçi”yə kömək etməsi barədə fikirlərə nöqtə qoyacaq?
- Mən bu danışıqlara fikir vermirəm. Ona görə də sualınıza cavab verə bilmərəm. Amma özünüz də gördünüz ki, Flavinyonu qovması azmış kimi, hakim lehimizə də bir neçə qərarları vermədi. “Simurq” hər dəqiqə qaydanı pozurdu. Əgər bunu kimsə bizə kömək hesab edirsə, onun futboldan başı çıxmır.
 
- Amma digər oyunlarda sizin lehinizə olan mübahisəli qərarlar da var...
- Bizim öz yolumuz var – ancaq irəli. Başqa heç nəyə fikir vermirik. Əgər hər hakim səhvini kiməsə kömək hesab etsək, onda demək olar ki, bu çempionatı hakimlər oynayır. Sanki “Neftçi” özü hakimliyə görə az əziyyət çəkib.

- “Neftçi”nin hazırkı oyunundan razısız?
- Bəli. Yaxşı futbol sərgiləyirik, layiqli qələbələr qazanırıq. Yeni baş məşqçimiz var. Tam fərqli işləyir. Yenidən çempion olmaq istəyirik. Bu dəfə onunla.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.