1 dekabr 2011 11:54
Jaba: Bu komanda XL və Neftçiylə mübarizə aparmağa layiqdi
"Bakı"nın futbolçusu Jaba "Rəvan"la kubok oyunu barədə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, oyuna sonradan daxil olan braziliyalı penaltilərlə yendikləri rəqibi tərifləyib:
"Oyun çox çətin alındı. Çünki "Rəvan" artıq zəif komanda deyil. Çox güclənib. "Neftçi", "Xəzər Lənkəran" kimi komandalarla mübarizə aparmağa layiq komandadı. Gözəl komanda qurduqlarına görə onları təbrik edirəm. Özümüzə gəlincə, oyunumuz yaxşı alındı, istəyimizə nail olub, qələbə qazandıq".
