1 dekabr 2011 12:32
“Demişdim ki, məşqçi şans versə, bundan maksimum yararlanmağa çalışacam”
"Bakı"nın futbolçusu Şəhriyar Əliyev "Rəvan"la kubok oyunu barədə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, penaltilərlə yendikləri rəqibi tərifləyib:
"Rəvan" çox güclü komandadı. Çətin oyun alındı. Amma komandamız yaxşı hazırlaşmışdı. Meydana qələbə üçün çıxmışdıq. İstəyimizə nail olduq. Demişdim ki, baş məşqçi şans versə, bundan maksimum yararlanmağa çalışacam. Bu gün özümü göstərməyə çalışdım. İnanıram ki, baş məşqçi bundan sonra da mənə etimad göstərəcək".
