1 dekabr 2011 12:55
Aslan Kərimov belə vidalaşdı (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, Azərbaycan futbol tarixində özünəməxsus iz qoymuş Aslan Kərimov 19 illik karyerasını bitirdi. Azerisport.az xəbər verir ki, 13 mövsüm “Qarabağ”ın uğurları üçün tər tökmüş 38 yaşlı universal futbolçu dünən “Qarabağ”la hazırda məşqçi kimi çalışdığı “Sumqayıt Şəhər” arasında baş tutan mücadilə öncəsi rəsmən futbolla vidalaşdı. Oyundan öncə Aslan Kərimov meydanın mərkəzinə dəvət edildi. Aslanın karyerası vərəqləndikdən sonra “Qarabağ”ın direktoru Emrah Çelikel tərəfindən səbəbkara xatirə hədiyyələri təqdim edildi. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə Aslana “Qarabağ”da keçirdiyi oyun sayını bildirən 346 yazılmış formanı hədiyyə etdi. Ardınca futbolçularla görüşdükdən sonra Aslan rəmzi olaraq topa sonuncu dəfə zərbə endirdi.
