2 dekabr 2011 13:34
Aleksandr Səmədov: Düz 7 il idi məni Azərbaycana çağırırdılar
Moskva "Dinamo"sunun azərbaycanlı futbolçusu Aleksandr Səmədov millimizdən aldığı dəvətlərdən danışıb. Azerisport.az xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində bunları dilə gətirib:
“Azərbaycan millisindən təkliflər 2004-cü ildən başlamışdı. Düz yeddi il məni ora çağırırdılar. Həmişə bunu fikrimdə tuturdum, amma bilirdim ki, qəbul etməyəcəyəm. Bu, həm Rusiya millisində oynamaq istəyindən, həm də Rusiya vətəndaşı olmağımdan irəli gəlirdi. Axırıncı dəfə mənə Azərbaycandan bu il zəng gəlmişdi. Həttə bura da gəlmişdilər, söhbət etdik. Amma bunda heç bir məna yox idi”.