2 dekabr 2011 01:33

“Azərbaycan millisinə dəvəti təsəvvürümə də gətirmirdim”

Bu günlərdə futbol uzrə Azərbaycan yıgmasına cağırılmış, Latviya futbolunun yetirməsi və Liepaya “Metallurg”unda cıxış edən Vüqar Əsgərov azerisport.az saytına musahibəsində Berti Foqtsun ona gondərdiyi dəvətdən danışıb, digər sualları cavablayıb.
 
- Coxları üçün sizin Azərbaycan yığmasına dəvətiniz sürpriz oldu. Bəs sizin üçün?
- AFFA-nın numayəndələrindən Asim Xudiyev Latviyaya gəlmişdi. Yollarımız təsadufən rastlaşdı. Elə o vaxt mənim haqda muəyyən məlumatlar götürdü. Dedi ki, zəng edəcəm. Düzünü deyim ki, Bakədan zəng gəlndə oncə başa düşmədim. Düşündüm ki, yəqin zarafat ediblər. Sonra klubuma faks göndərdilər və hər şey təsəvvür etdiyimdən daha ciddi oldu. Sevinirəm ki, belə imkan əldə etmişəm. Bu toplanışda mənim üçün nəyinsə bitməməsi xatinə hər şey edəcəyəm. Klubda da sevindilər və uğurlar arzuladılar.
 
- Azərbaycanda demək olar ki, sizi tanımırlar və adınızı təlim toplanışına çağırılanların siyahısında görüblər.
- Ümid edirəm ki, toplanışlardan sonra daha çox tanıyacaqlar. Bunun üçün irəli getmək lazımdır.
 
- Latviyada necə peyda oldunuz?
- Sumqayıtda doğulmuşam. Ancaq mən anadan olandan sonra ailəmiz Latviyaya köçüb. Bütün ömrümü Baltikyanı ölkədə keçirmişəm. İndi tək yaşayıram, belə ki valideynlərim Azərbaycana qayıdıb.
 
- Bəs niyə sizsiz?
- Mən futbola görə qaldım.
 
- Tarixi vətəninizdə son dəfə nə vaxt olmusunuz?
- Bu yaxınlarda. Hər ay Sumqayıta anamın yanına gəlirəm. Azərbaycanla əlaqəmi kəsmirəm.
 
- Yəqin ki paytaxtı ziyarət etmisiniz...
- Bakı çox gözəl və qəşəng şəhərdir. Tezliklə ikinci Dubay olacaq (gülür). Hesab edirəm ki, Bakı Riqadan gözəldi.
 
- Latviyalı jurnalistin özünüzü kim hiss edirsiniz sualına "azərbaycanlı" cavabını verdiniz...
- Əlbəttə ki! Azərbaycan əsl vətənimdir. Hər il ora uçmağa borcluyam. Latviyada daimi qeydiyyatım var, ancaq Azərbaycan vətəndaşıyam. Laztviya vətəndaşlığına dəyişmək istəmədim.
 
- Bakı toplanışı Dekabra təyin edilib, ancaq Latviyada mövsüm bitib. Bu gün ideal formada olmamağınızdan narahat deyilsiniz ki?
- Bu haqda düşünürəm. Bizdə çempionat iki həftə əvvəl bitib. Buna görə bir qədər narahatam. Birdən məşqçi heyətinə xoş gəlməsəm? Çağırışdan sonra komandanın əvəzediciləri ilə məşqə başladım. Formamı saxlamaq lazımdı. Çağırılacağımı bilsəydim, bütün məzuniyyətimdən imtina edərdim.
 
- Nə vaxtsa tarixi vətəninizin formasını geyəcəyinizi təsəvvür edirdiniz?
- Düzü, yox. Bu, mənim üçün yaxşı imkandı.
 
- Əgər sirr deyilsə, yeni mövsümdə "Metallurq"da qalacaqsınız?
- Düşünürəm ki, qalacam. Mənə yeni şərtlər təklif etmək istəyirlər. Ötən Bazar ertəsi klub prezidenti ilə görüşdüm. Bakıdan qayıtdıqdan sonra müqavilənin uzadılmasını həll edəcəyik. Liepayda oynamq istəyirəm.
 
- İndiki klubunuzda oynamaq arzunuz həqiqətdir?
- Necə deyim... Ortabab komandlarda oynayıb dərhal Latviyanın top-klubuna düşmüşəm. Hələki məni hər şey qane edir. Xüsusən məşqçi heyəti və oyunçular ürəyimcədi. Bizdə ab-hava xoşdur.
 
- Baltikyanı ölkələrdə başqa azərbaycanlı futbolçular var?
- Bildiyim qədər yox. Mənə elə gəlir ki, ancaq gürcülərdi. Ancaq həmvətənlərimlə qarşılaşmamışam.
 
- Latviya azərbaycanlısına Azərbaycan futbolu haqda nə məlumdu?
- Mən yerli futbol həyatını izləyirəm. Azərbaycanda çempionat maraqlıdır. Çempionluq uğrunda bir neçə komanda mübarizə aparır. "Neftçi", "Bakı", "İnter", Xəzər-Lənkəran", "Qarabağ". Latviyada isə "Ventspils" və "Metallurg".
 
- Özünüzü bizim Premyer Liqada sınamaq istərdiniz?
- Buna əmin deyiləm. Çünki bu barədə heç vaxt düşünməmişəm. Buna baxmayaraq son vaxtlar agentlər peyda olur.
 
- Yeri gəlmişkən, latviyalı futbolçular üçün Azərbaycan çempionatı yad deyil. Məsələn, "Bakı"da Aleksandr Starkov işləyir.
- Latviyadan sizə gəlmək normaldı, axı səviyyə yüksəkdi. "Bakı"dan Denis İvanov və "Simurq"dan Kristaps Qrebis mənim köhnə tanışlarımdı. Liepayada birgə böyümüşük.
 
- Azərbaycan yığması haqda nə bilirsiniz?
- Yığmanın çıxışını şərh edə bimərəm. Orada maraqlı oyunçu Vaqif Cavadovun çıxış etdiyini bilirəm. Onu Berti Foqtsla kiçik "mübahisə"dən sonra yığmaya qaytarmaq istəyi barəsində oxumuşam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.