2 dekabr 2011 02:09
Xəzər Lənkəran İnteri məğlub yola salacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 15-ci turunun “Xəzər Lənkəran” – “İnter” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyini təqdim edirik.
Gözlənildiyi kimi, əksəriyyət “Xəzər Lənkəran”ın bu ev oyununda qələbə qazanacağını düşünür. Respondentlərin 53 faizi məhz “ağ-yaşıllar”ın qələbəsinə inanır.
“İnter”in qalib gələcəcəyini düşünənlər isə təbii ki, azlıq təşkil edir. Belə ki, sorğuya qatılanlardan yalnız 29 faizi qonaqların qələbə qazanmaq şansının olduğunu düşünür.
Yerdə qalan 18 faiz respondent isə bu görüşün heç-heçə başa çatacağını proqnozlaşdırır.
