2 dekabr 2011 14:24
Neftçi Simurqla oyunun hazırlığına başladı
"Neftçi" Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun "Simurq"la oyununun hazırlığına başlayıb. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün klubun bazasındakı meydançada məşq edib.
Futbolçular baş məşqçi Böyükağa Hacıyevin tapşırıqlarını həvəslə yerinə yetiriblər. Xatırladaq ki, dekabrın 4-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Simurq" matçı saat 14:00-da başlanacaq.
