2 dekabr 2011 15:22
Lüksemburq da millimizi qəbul edəcəyi stadionu açıqladı (FOTO)
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq yığması ilə səfərdə keçirəcəyi oyunun stadionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, Lüksemburq – Azərbaycan qarşılaşması 2013-cü il martın 22-də Lüksemburq şəhərindəki “Josy Barthel” stadionunda keçiriləcək. Qeyd edək ki, bu arena 8000 azarkeş tutumuna malikdi.
