2 dekabr 2011 16:33

Valeri Abramidze: Lənkərana uduzmaq üçün getmirik

“İnter”in müdafiəçisi Valeri Abramidze Premyer Liqanın 15-ci turunun “Xəzər Lənkəran”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Turan”la sonuncu oyununuzu başa vura bilmədiniz...
- Onlar bununla öz narazılıqlarını bildirmək istədilər. Hər halda bu, onların hüququdu.
 
- Bir müddət öncə də eyni addımı siz atmışdız. Özü də elə “Şəfa” stadionunda.
- Onlar meydanı tərk etmədilər. Sadəcə, ikinci hissəyə çıxmaqdan imtina etdilər. Biz də eyni aqibəti yaşamışıq.
 
- Onda üçüncü dəfə bunu nə vaxt gözləyək?
- (Gülür) Ümid edirəm ki, üçüncü dəfə belə bir şey olmayacaq.

- Klubunuzun “Şəfa”nı almaq xəbəri necə qarşılandı?
- Bu, klubumuzun strukturu baxımından çox böyük işdi. Hər klubun özünün bazasının, stadionunun olması yaxşı amildi. İndi bundan sonra infrastrukturu daha da yaxşılaşdırmaq olar.
 
- Hazırda sizi nə qane etmir ki?
- Heç də hər şey ideal deyil. Üzərində işləniləsi məqamlar var. Məsələn, qazonu dəyişdirmək lazımdı. Hamı bilir ki, bu süni qazon artıq köhnəlib. İndi stadion bizimdi və rəhbərlik bu məsələnin həlli ilə məşğul ola bilər.
 
- Qarşıda sizi “Xəzər Lənkəran”la oyun gözləyir...
- Biz onları, onlar bizi tanıyırlar. Lənkəranda dolu tribunalar qarşısında oynamaq çox xoşdu. Arenada belə atmosferin olması futbola əlavə gözəllik verir.

- “Şəfa”da bu yoxdu?
- “Neftçi” və “Xəzər Lənkəran”la oynayanda olur. Amma məsələn, “Turan”la qarşılaşmalarda belə şeyə rast gəlmək olmur.

- İlk dövrədə “Xəzər Lənkəran”ı məğlub etmişdiz. Bunu Lənkəranda da təkrarlaya biləcəksiz?
- Bilirsiz, bizə indi heç-heçə deyilsə, razı olarıq. Amma əgər qələbə qazanmaq imkanı varsa, niyə də bunu etməyək? “Xəzər Lənkəran” yaxşı komandadı. Biz də ora uduzmaq üçün getmirik. Öz futbolumuzu oynayacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.