2 dekabr 2011 17:04
Qəbələ Sumqayıt Şəhər ilə oyuna 4 itki ilə çıxacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində bazar günü doğma meydançada “Sumqayıt Şəhər”lə qarşılaşacaq “Qəbələ” matçöncəsi son məşqinə sabah çıxacaq. Azerisport.az xəbər verir ki, iki gün öncə Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Neftçala”nı mübarizədən kənarlaşdıran komandanın heyətində bəzi itkilər olsa da, düşərgədə yüksək əhval-ruhiyyə hökm sürür.
Deon Barton, Abdulkader Kamara və Rövşən Əmiraslanov zədəyə görə bu matçda iştirak edə bilməyəcək. Bundan başqa komandanın kapitanı Mahir Şükürov da UEFA-nın qadağasına görə “Sumqayıt Şəhər”ə qarşı forma geymək şansından məhrumdu.
Xatırladaq ki, təsnifat mərhələsinin birinci dövrəsində “Qəbələ” səfərdə Sumqayıt təmsilçisini 2:1 hesabilə məğlub etmişdi.
