2 dekabr 2011 11:24
“Onları səfərdə yenmək çox çətin olsa da, mümkündü”
“Bakı”nın yarımmüdafiəçisi Xavyer Junior Premyer Liqanın 15-ci turunun AZAL-la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Bakı” son oyunlarda yaxşı nəticələr qazansa da, kubokda “Rəvan”ı çox çətinliklə keçdi...
- Həmişə hər şeyə hazır olmaq lazımdı. Həm rəqibimiz, həm də biz ilk altılığa düşmək üçün mübarizə aparır. Deməli, “Rəvan” heç də sıradan bir komanda deyil. Heç kubok matçlarını çempionat oyunlarıyla eyniləşdirmək də düz olmazdı. Burda mübarizə tamamilə fərqlənir.
- Yəni “Bakı” “Rəvan”ı keçə bilməsəydi, bu, normal qarşılanmalıydı?
- Xeyr, əsla! Sadəcə, bu rəqibə qarşı oynamaq çox çətindi. Biz onları elə çempionatda da çox çətinliklə yenə bilmişdik. - 3:2. Deyərdim ki, kubokun 1/8 final mərhələsində ən çətin cütlük məhz bu oyuna təsadüf etmişdi. Məhz bu cütdə aşkar favorit və ya autsayder yox idi.
- Hər şeyə penaltilərlə aydınlıq gələcəyini gözləyirdiz?
- Artıq bunun heç bir mənası yoxdu. Kubok oyunlarında heç nəyi istisna etmək olmaz. Özü də söhbət ikili yox, təkli oyundan gedir.
- Premyer Liqanın növbəti turunda sizi AZAL-la oyun gözləyir. 3 xal geri qaldığınız “Neftçi” və “Xəzər Lənkəran”a çatmağınız nə dərəcədə realdı?
- Bunun nə dərəcədə real olduğunu bilmirəm. Amma qarşıdakı turlarda biz bunu bacara bilərik. Təbii ki, xal itkisi ilə üzləşməsək. AZAL-ı səfərdə yenmək çox çətindi. Amma mümkündü. Bunun üçün biz “Rəvan”a qarşı oynadığımızdan daha yaxşı çıxış etməliyik.
- Bunun nə dərəcədə real olduğunu bilmirəm. Amma qarşıdakı turlarda biz bunu bacara bilərik. Təbii ki, xal itkisi ilə üzləşməsək. AZAL-ı səfərdə yenmək çox çətindi. Amma mümkündü. Bunun üçün biz “Rəvan”a qarşı oynadığımızdan daha yaxşı çıxış etməliyik.
- Yeri gəlmişkən, 16-cı turda sizi yenə “Rəvan”la, kubokun 1/4 finalında isə AZAL-la duel gözləyir...
- (Gülür) Sanki magiya alınır. Hadisələri qabaqlamaq istəmirəm. “Rəvan”la növbəti oyunumuz 90 dəqiqədən ibarət olacaq və həmin vaxtda mütləq qol vurmalıyıq. Əks halda xal itkisi ilə üzləşməli olacağıq. Çünki artıq əlavə vaxt olmayacaq. Kubokun 1/4 final matçına gəlincə, hesab edirəm ki, hələ bu haqda düşünmək çox tezdi. Çünki görüş gələn ilin mart ayında gerçəkləşəcək. O vaxta kimi bizi Premyer Liqada çoxlu oyunlar gözləyir.
