4 dekabr 2011 00:05

Yarısı paytaxtda, yarısı bölgədə: zirvə kimin olacaq?

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bu turun bütün oyunları elə bir gündə baş tutacaq.
 
Ötən tur səfərdə “Bakı”ya məğlub olaraq turnir cədvəlində yeddinci pilləyə geriləyən “Qəbələ” autsayder “Sumqayıt Şəhər”i qəbul edəcək. “Qəbələ” yenidən “ilk altılığ”a qayıtmaq üçün doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaq. Hazırda “Qəbələ”nin xalları “Rəvan”la eyni olsa da, şəxsi oyunlardakı nisbətə görə paytaxt təmsilçisi “ilk altılıq”da yer alıb.
 
Ötən tur doğma azarkeşləri önündə minimal hesabla “Rəvan”a məğlub olan “Sumqayıt Şəhər” isə tunir cədvəlinin son pilləsində qərarlaşıb. “Sumqayıt Şəhər” on birinci pillənin sahibi “Turan”dan cəmi iki xal geridə qalır. Sumqayıt təmsilçisi səfərdə qələbə qazana bilsə, turnir cədvəlində bir pillə irəliləyə bilər.
 
“Qəbələ” və “Sumqayıt Şəhər” komandaları arasında birinci dövrənin 2-ci turunda Sumqayıtda keçirilən oyunda “Qəbələ” 2:1 hesabıyla qələbə qazanmışdı. Qeyd edək ki, “Sumqayıt Şəhər”in heyətində Andrey Popoviç cəzalı olduğundan “Qəbələ”yə qarşı forma geyinə bilməyəcək. Bölgə təmsilçisində isə məlum səbəblərdən oynaya bilməyən kapitan Mahir Şükürovla yanaşı, Deon Barton, Abdulkader Kamara və Rövşən Əmiraslanov zədəyə görə bu matçda iştirak edə bilməyəcək.
 
Turun mərkəzi oyununda “Xəzər Lənkəran” “İnter”i qəbul edəcək. Liderlər qrupunda münasibətlərə aydınlıq gətirilməsi baxımından bu oyunun önəmi böyükdü. “Xəzər Lənkəran” ötən tur səfərdə “Simurq”la oyunda 2:0 hesabı ilə irəlidə olsa da, sona qədər üstünlüyü qoruya bilmədi və oyun heç-heçə başa çatdı. Səfərdə itirdiyi xallar “Xəzər Lənkəran”ın liderliyi itirməsi ilə nəticələndi. Cənub təmsilçisi hazırda “Neftçi” ilə eyni xala – 28 xala sahib olsa da, şəxsi oyunlardakı nisbətə görə ikinci pillədə qərarlaşıb. Lənkəranlılar həm turnir cədvəlində yenidən zirvəyə yüksəlmək, həm də ən yaxın izləyicilərindən olan “İnter”lə arasındakı xal fərqini artırmaq üçün qalib gəlməyə çalışacaq. Qeyd edək ki, “Xəzər Lənkəran” cari mövsümdə doğma azarkeşləri önündə məğlub olmayıb.
 
Ötən tur doğma azarkeşləri önündə AZAL ilə heç-heçə edən “İnter” isə ötən tur “Xəzər Lənkəran”ın xal itkisindən yararlanıb zirvəyə ortaq olmaq şansını qaçırdı. Paytaxt təmsilçisi cari mövsümdə ilk dəfə “Xəzər Lənkəran”ı məğlub edərək cənubluların yenilməzlik seriyasına son qoymuşdu. Birinci dövrənin 8-ci turunda “Şəfa” stadionunda keçirilən oyunda “İnter” rəqibini minimal hesabla məğlub etmişdi - 1:0. Aktivində 12 qol olan “İnter” ilk altılıq komandaları arasında ən az qol vuran komandadı. Bununla belə paytaxt təmsilçisi qapısından 8 qol buraxmaqla çempionatın ən etibarlı müdafiə xəttinə sahibdi.
 
Qeyd edək ki, “Xəzər Lənkəran”ın heyətində yarımmüdafiəçi Katalin Doman, “İnter”in heyətində isə müdafiəçi İlia Kandelaki cəzalı olduqlarından meydana çıxa bilməyəcəklər. Ancaq paytaxt təmsilçisinin heyətində Petar Zlatinov və Asif Məmmədov artıq zədələrini sağaldıblar və məşqlərə başlayıblar. Çox güman ki, hər iki oyunçu vacib oyunda meydana çıxa biləcək.
 
Son üç turda qazandığı xallarla turnir cədvəlində vəziyyətini nisbətən yaxşılaşdıran AZAL ötən tur çempionluğa iddia edən “İnter”lə heç-heçə oynadı. 17 xalla səkkizinci pillədə qərarlaşan AZAL-ın ilk altılığa düşmək şansı qalmaqdadı. Belə ki, paytaxt təmsilçisi altıncı pillənin sahibi “Rəvan”dan bir xal geridə qalır. “Təyyarəçilər” doğma azarkeşləri önündə “Bakı”nı məğlub etməklə turnir cədvəlindəki mövqeyini bir qədər də yaxşılaşdırmağa çalışacaq.
 
Xatırladaq ki, bu komandalar arasında 8-ci turda keçirilmiş oyunda qolsuz heç-heçə qeydə alınmışdı. 25 xalla  turnir cədvəlinin dördüncü pilləsində qərarlaşan “Bakı” liderlərə bir qədər də yaxınlaşmaq üçün qalib gəlmək niyətindədi. AZAL-ın heyətində müdafiəçi Usim Nduka, “Bakı”nın heyətində isə müdafiəçi Elvin Əliyev cəzalı olduqlarından meydana çıxa bilməyəcəklər.
 
Ötən tur doğma azarkeşləri önündə əzmkar oyunu sayəsində aktivinə bir xal yazan “Simurq” son çempion “Neftçi”nin qonağı olacaq. Zaqatala təmsilçisi 16 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. “Xəzər Lənkəran”ın xal itirməsindən yararlanaraq zirvəyə yüksələn “Neftçi” bu imkana 13-cü turda da sahib idi. Lakin paytaxt təmsilçisi səfərdə minimal hesabla “Qəbələ”yə məğlub olaraq bu imkandan yararlana bilməmişdi. “Neftçi” Zaqatala təmsilçisi üzərində qələbə qazanmaqla zirvədəki yerini möhkəmlətməyə çalışacaq. Qeyd edək ki, “Neftçi” hazırda çempionatın ən məhsuldar hücum xəttinə sahibdi. Bu vacib oyun öncəsi hər iki komandada itkilər var. “Neftçi”nin heyətində yarımmüdafiəçilər Flavinyo və Rəşad Abdullayev, “Simurq”un heyətində isə Vidas Alunderis cəzalı olduqlarından meydana çıxa bilməyəcəklər. Birinci dövrənin 8-ci turunda bu komandalar arasında Zaqatalada keçirilmiş oyundan “Neftçi” 2:1 hesabıyla qalib ayrılmışdı.
 
Ötən tur “qərb derbisi”ndə səfərdə “Kəpəz”lə heç-heçə edən “Turan” “Qarabağ”ı qəbul edəcək. Tovuz təmsilçisi “Qarabağ” üzərində qələbə qazanmaqla təhlükəli zonadan qurtulmağa çalışacaq. 11 xala sahib olan “Turan” turnir cədvəlinin on birincisidi. Liderlərdən 7 xal geridə qalan Ağdam komandası da bu fərqi azaltmaq üçün qalib gəlməyə çalışacaq. Xatırladaq ki, bu komandalar arasında birinci dövrənin 8-ci turunda keçirilmiş oyunda “Qarabağ” 3:1 hesabıyla qalib gəlmişdi.
 
Ötən tur səfərdə “Sumqayıt Şəhər”i məğlub edərək atıncı pilləyə yüksələn “Rəvan” “Kəpəz”i qəbul edəcək. “Rəvan” doğma azarkeşləri önündə qələbə qazanmaqla ilk altılıqdakı yerini möhkəmləndirmək niyətindədi. 9 turdu qələbə qazana bilməyən “Kəpəz” isə debütant “Rəvan”ı məğlub etməklə “uğursuz zolaq”dan çıxmağa çalışacaq. Qapısından 23 qol buraxan “Kəpəz” hazırda turnir cədvəlinin ən etibarsız müdafiə xəttinə sahibdi. Bu komandalar arasında birinci dövrənin ilk turunda keçirilmiş oyunda “Rəvan” oyunun son dəqiqələrində buraxdığı qollarla 3:2 hesabıyla məğlub olmuşdu.
 
Premyer Liqa
15-ci tur
4 dekabr (bazar)
 
Neftçi – Simurq
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Rza Məmmədov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 14:00.
 
Qəbələ – Sumqayıt Şəhər
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, İsgəndər Əliyev, Fuad Həsənov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ. Şəhər stadionu. Saat 14:00.
 
Turan – Qarabağ
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Coşqun Həsənov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Tovuz. Şəhər stadionu. Saat 14:00.
 
Xəzər Lənkəran – İnter
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Ramiz Əsədov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Lənkəran şəhər mərkəzi stadionu. Saat 16:00.
 
AZAL – Bakı
Hakimlər: Anar Salmanov, Elman Musayev, Zeynal Zeynalov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. AZAL Arena. Saat 16:00.
 
Rəvan – Kəpəz
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Akif Məmmədov.
Bakı. Dalğa Arena. Saat 16:00.
 
 
1
Neftçi
14
9
1
4
23-11
28
2
Xəzər Lənkəran
14
8
4
2
20-15
28
3
İnter
14
7
5
2
12-8
26
4
Bakı
14
7
4
3
22-12
25
5
Qarabağ
14
6
3
5
17-14
21
6
Rəvan
14
4
6
4
17-17
18
7
Qəbələ
14
5
3
6
14-18
18
8
AZAL
14
4
5
5
18-17
17
9
Simurq
14
4
4
6
13-15
16
10
Kəpəz
14
3
4
7
17-23
13
11
Turan
14
3
2
9
9-21
11
12
Sumqayıt Şəhər
14
2
3
9
7-18
9
 
Bombardirlər:
6 - Bahodir Nasimov (Neftçi), Uinston Parks (Bakı)
5 - Sergey Artyux (Turan), Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL), Flavinyo (Neftçi)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.