3 dekabr 2011 13:58

Bəxtiyar Soltanov: Foqts məni maraqlandırmır

“Qarabağ”ın hücumçusu Bəxtiyar Soltanov Premyer Liqanın 15-ci turunun “Turan”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

-  “Qarabağ” nəhayət ki, kubok oyununda “Sumqayıt Şəhər”i problemsiz yenə bildi. 3:0 hesabıyla qələbə qazanacağınızı gözləyirdiz?
- Biz bu oyuna çox ciddi hazırlaşmışdıq. Biz onlara çempionatda da uduzduğumuzdan, bu dəfə başqa çıxış yolumuz yox idi. Rəqibimiz heç də zəif komanda deyildi. Amma biz daha yaxşı oynadıq. Ən azından bu komandayla əvvəlki qarşılaşmadan fərqli. Bu qələbə bizə çox lazım idi.
 
- Bəs bir müddət öncə məhz həmin arenada bu komandaya məğlubiyyətinizə nə səbəb olmuşdu?
- Bu, bizim böyük bir səhvimiz idi. Xeyli səhvlərə yol verdik. Oyundan öncə də arxayınlıq var idi. Gönclər isə əsl xarakter nümayiş etdirib, bizi məğlub etdilər. Lakin bu dəfə başqa yol qalmamışdı. “Qarabağ” kubokdan da uzaqlaşsaydı, bu, faciə olacaqdı.
 
- Demək olar ki, Azərbaycan kuboku sizin üçün artıq daha vacib turnirə çevrilir?
- Çempionatın startı ərəfəsində biz qızıl medalları qazanmağı hədəfləmişdik. Hədəflərimizdə dəyişiklik yoxdu. Sadəcə, “qara zolaq”dan çıxmaq lazımdı. Son dövrlər biz qələbə qazanmağa borclu olduğumuz oyunlarda xallar itiririk. Məsələn, “Neftçi” ilə oyunda məğlubiyyətə layiq deyildik. Çempionatda da hədəflərimiz yüksək olaraq qalmaqdadı.
 
- Əsas rəqiblərinizdən olan “Neftçi”yə son dövrlərdə ardıcıl iki dəfə məğlub oldunuz...
- Onların sadəcə bəxti gətirdi. Təsadüfi qollar vurdular. Onlar heç bunu özləri də gözləmirdilər. Biz isə bu oyunların hər ikisində ən azı bir xala layiq idik. Amma yenə də bizim çempionluq şanslarımız qalmaqdadı. Kifayət qədər də realdı.
 
- “Turan”la oyun barədə nə düşünürsüz?
- Maraqlı oyun olacaq. Tovuzda xal itirməyimiz bağışlanmaz olacaq. “Turan”ı problemsiz məğlub etməliyik. Bu komandanın heyətində təcrübəlilərin və ya gənclərin oynaması bizi qətiyyən düşündürmür. İstənilən halda onlar uduzmamağa çalışacaqlar.
 
- Yığmaya qayıtmaq haqda düşünürsüz?
- Əlbəttə, mən də millidə oynamaq istəyirəm.

- Müqaviləsinin müddəti artırılan Berti Foqtsun sizi yığmaya dəvət edəcəyinə inanırsız?
- Mən Foqtsla maraqlanmıram. Onun taleyini AFFA müəyyənləşdirir. Odu ki, belə şeyləri mən şərh edə bilmərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.