3 dekabr 2011 15:53
Millimiz Rusiya klubu ilə bacarmadı
Moskva şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi yoldaşlıq matçında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Joze Alesio da Silvanın komandası “Norilski Nikel” klubu ilə yoxlama oyunu keçirib.
Qarşılaşma 6:4 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə başa çatıb. Millimizin heyətində Rəcəb Fərəczadə dubl edib. Hərəyə 1 dəfə isə Rizvan Fərzəliyev və Tyaqo fərqlənib.
