3 dekabr 2011 11:37

Premyer Liqa, 15-ci tur: Elxan Abdullayevin proqnozu

AZAL-ın sabiq baş məşqçisi Elxan Abdullayev azerisport.az saytı üçün Premyer Liqanın 15-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
 
Neftçi – Simurq
Kubok matçında “Simurq” “Neftçi”yə qarşı pis oynamadı. Amma hər şeyə rəğmən, nəticə qazana bilmədi. Sergey Yuranın komandası yaxşı oyun sərgiləyir. Lakin bu oyunda mənim favoritim “Neftçi”di. Meydan sahiblərinin bu oyunda xal itirəcəklərini düşünmürəm. Bakılılar qələbə qazanmalıdı.
 
Qəbələ - Sumqayıt Şəhər
“Qəbələ”yə üstünlük verirəm. Düzdü, “Sumqayıt Şəhər” kifayət qədər yaxşı komandadı. Amma “Qəbələ”də onlar üçün çətin olacağını düşünürəm. Hətta Quzanlıda “Qarabağ”a qarşı oynamaqdan da çətin olmalıdı. Düşünürəm ki, meydan sahibləri qələbə qazanacaq.

Turan – Qarabağ
Hava şəraitindən çox şey asılıdı. Əgər yağış olsa, “Qarabağ”ın problemləri olacaq. Çünki Tovuz stadionunda oynamaq ümumiyyətlə çətindi. Bura hava şəraitinin pis olmasını da əlavə etsək, onda vəziyyət daha da çətinləşər. Mənə elə gəlir ki, “Qarabağ” qələbə qazanmalıdı.

Xəzər Lənkəran – İnter
“İnter” son oyunlarında çox yaxşı təsir bağışlayır. Komandanın yüksəlişdə olduğu görünür. Amma Lənkəranda onlara çətin olacaq. Xüsusilə də meydança baxımından. Onlar süni meydançada hazırlaşırlar, Lənkəranda isə təbii örtükdü. Heç-heçə daha inandırıcı görünür.
 
AZAL – Bakı
AZAL son üç turu yüksək səviyyədə keçirib. Komanda özünə gəlməkdədi. Düşünürəm ki, onların məğlubiyyətsiz seriyası bu dəfə də davam edəcək. Bu oyunda da heç-heçə olacağını düşünürəm.

Rəvan – Kəpəz
“Rəvan”a simpatiyam var. Bu, mövsümün sürpriz komandasıdı. Onlar istənilən komandadan xal ala bilərlər. Baxımlı və maksimum oyun sərgiləməyə çalışan komandadı. Fikrimcə, “Kəpəz”in bu oyunda şansları aşağıdı. “Rəvan” qələbə qazanmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.