3 dekabr 2011 00:02
Xəzər Lənkəran İnterlə oyuna itkilərlə çıxacaq
"Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik Deyan Rusiçin xidmətindən "İnter"lə oyunda da yararlana bilməyəcək. Azerisport.az xəbər verir ki, sloveniyalı hücumçu hələ də zədəsini sağalda bilməyib.
Onunla yanaşı, Branimir Subaşiçin də oynayıb-oynamayacağı bilinmir. "Qaradağ"la kubok oyununun sonlarında zədə alan futbolçunun durumu oyun günü bəlli olacaq.
Julius Vobay isə artıq sağalıb. Onun "İnter"lə oyunda meydana çıxması mümkündü. Həmçinin sarı vərəqə limiti üzündən ötən turu buraxmalı olan Adrian Pit artıq cəzasını başa vurub və meydana çıxmağa hazırdı.
Qeyd edək ki, Katalin Doman "Simurq"la oyunda qırmızı vərəqə aldığından "İnter" matçını buraxacaq.
