3 dekabr 2011 12:02
“Ümid edirəm ki, bu, azarkeşlərimizi sevindirmək üçün yetərli olacaq”
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva komandamızın hazırkı Moskva toplanışını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Öncə mən AFFA-ya təşəkkürümü bildirmək istəyirəm ki, bizim üçün belə bir şəraiti yaradıb. Bu toplanış dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır. Hansı ki, həmin oyunları da Bakıda keçirməliyik. Təlim-məşq toplanışı hələ ki, məni qane edir. Amma hazırlıq səviyyəmizin nə dərəcədə yaxşı olduğunu yalnız yoldaşlıq oyunları keçirəndən sonra biləcəyik. Ümid edirəm ki, bu toplanış Bakıdakı oyunlarda azarkeşlərimizi sevindirmək üçün yetərli olacaq”.