3 dekabr 2011 12:21

“Yəqin uğurumuzun sirri də məhz bundadı”

“İnter”in kapitanı Vladimir Levin müsahibəsində “Turan”la matç barədə danışı, “Xəzər Lənkəran” ilə keçiriləcək oyun haqqında fikirlərini açıqlayıb. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- Müsahibəyə “Turan”la matç barədə başlamaq istərdik. Tovuz komandasına qarşı keçirilmiş oyun haqqında nə deyə bilərsən?
- Komanda bu oyuna ciddi hazırlaşmışdı. Biz “Turan”ın bu il heç də yaxşı formada olmadığına diqqət yetirmədik və rəqibi qiymətləndirdik. Bu qarşılaşmaya köklənmə yüksək səviyyədə idi. Bunu birinci hissədə 2:0 hesablı nəticə də təsdiqlədi. Bizim üçün hər şey kifayət qədər yaxşı alınırdı.
 
- Bəs, “Turan”ın oyunu davam etdirməmək istəyini şəxsən sən necə qarşıladın?
- Mən heç bir reaksiya vermədim. Bu, onların işidi, meydançaya çıxıb-çıxmamağı onlar qərarlaşdırmalıdırlar.
 
- Həmin mübahisəli epizodda topun qapı xəttini tam keçdiyi görünür. Bu epizod barədə nə deyə bilərsən?
- Şəxsən mən həmin hadisələrin episentrindən uzaqda idim və hətta təkrara baxmadım, buna görə də yüz faiz əminliklə nəyisə təsdiqləyə bilmərəm. Lakin qonaqların qapısına yaxın olanların və tribunadan oyuna baxanların şəhadətlərinə görə top qapı xəttini keçmişdi.

- Belə də “İnter”i kubokun növbəti mərhələsinə çıxmaq münasibətilə təbrik etmək olar. Ötən mövsüm komandanız final matçınadək irəliləmişdi. Necə düşünürsən, “İnter” bu mövsüm də minimum olaraq bu nəticəni təkrarlaya biləcəkmi?
- Öncədən ehtimal etmək istəmirəm. Hər şeyi zaman göstərəcək. Biz finala çıxmaq və həlledici qarşılaşmada qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
 
- Artıq bazar günü komanda səfərdə birinciliyin liderlərindən biri olan “Xəzər Lənkəran”la qarşılaşacaq. Komanda bu matça necə hazırlaşır və keçiriləcək oyun barədə nə düşünürsən?
- Bu matça hazırlaşmaq üçün çox az vaxtımız var. Buna görə də, ondan səmərəli istifadə etmək lazımdı. Düşünürəm ki, görüşün afişası artıq özündə vacibliyi daşıyır. Bundan başqa, qarşıdakı oyun komandaları cəmi 2 xal ayırdığı turnir cədvəli baxımından da çox vacibdi. Bütün oyunlar bizim üçün özünəməxsus şəkildə əhəmiyyətlidi, lakin bu qarşılaşma daha mühümdür. Çox istərdim ki, Lənkərandan müsbət nəticə ilə qayıdaq.
 
- Lənkəran arenası həmişə dolu tribunalarıyla və stadionda atmosferilə fəqlənib. Lənkəranlılarla səfərdə oynamaq necə təsir bağışlayır?
- Bu, xüsusi futbol atmosferi hiss edilən səfər oyunlarından biridi. Orada həmişə tribunalar dolu olur, xoşdu ki, xalq futbolu çox sevir. Belə şəraitdə oynamaq çox əladı, axı bu, oyuna köklənmə və adrenalin əlavə edir. Belə matçlar çox olsa, yaxşıdı! Lənkərana səfər məndə daha çox müsbət emosiyalar doğurur. Əlbəttə ki, qazonun keyfiyyətinin də bütün tələblərə cavab verməsini istərdim.
 
- Rəqibin heyətində bir çox fərdi ustalığıyla seçilən futbolçular çıxış edirlər. “Xəzər Lənkəran”ın heyətində hansı futbolçunu fərqləndirərdin?
- Kimisə fərqləndirmək istəmirəm, axı futbol şahmat və ya tennis deyil. Futbol - komanda oyunudu və matçın nəticəsinə görə bütün oyunçular cavahdehdirlər. “Xəzər Lənkəran” haqqında onu deyə bilərəm ki, onlar uzun müddət turnir cədvəlində 1-ci yerdə qalıblar, demək, bu, bütün komandanın uğurudur. Bu, ölkənin ən ambisiyalı və ciddi komandalarından biridi.
 
- “İnter” mövsümə kifayət qədər uğurla başlamadı, ancaq tədricən oyununu tapdı və artıq ard-arda 11 oyundu məğlubiyyətin nə olduğunu bilmir. Deyə bilərsənmi, belə uğurlu məğlubiyyətsizlik seriyasının sirri nədədi?
- Biz hər oyuna lazımi səviyyədə hazırlaşırıq. Haradasa bəxt kömək edir, axı futbolda bəxt payı olmadan keçinmək olmur. Nəticəyə işimiz, məşqlərimiz də təsir göstərir. Yəqin ki, uğurun sirri də məhz bundadı.
 
- Turnir cədvəlinə baxan zaman nəzərə çarpır ki, komanda az qol buraxır, ancaq bununla yanaşı, kifayət qədər az da qol vurur...
- Hər oyunda kifayət qədər qol vəziyyəti yaradırıq, amma bizi realizasiya pis vəziyyətdə qoyur. Düşünürəm ki, məşqlərdə bu problem üzərində daha sayıq işləmək lazımdı və o zaman vəziyyət olduqca yaxşılaşacaq.  Bundan başqa, bizə yaradılan vəziyyətlərdən daha diqqətli istifadə etmək də lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.