3 dekabr 2011 12:44
Qarabağ Turanla oyun öncəsi daha bir futbolçusunu itirdi
“Qarabağ” “Turan”la oyuna hazırdı. Azerisport.az xəbər verir ki, sabah Premyer Liqanın 15-ci turunda tovuzluların qonağı olacaq komanda məşqlərini Gəncədə sürdürür.
Azərbaycanın 2-ci şəhərində məskunlaşmış “Qarabağ” sabah oyunun keçiriləcəyi Tovuza yollanacaq. “Qarabağ”da zədəli Rəşad Sadıqov komandadan ayrı düşüb. Hazırda Türkiyədə müalicə alan 29 yaşlı kapitandan başqa daha bir oyunçunun “Turan”la oyunda meydana çıxmayacağı məlum olub. Bibisinin vəfatıya əlaqədar olaraq Emin İmaməliyev Bakıya qayıdıb. Atasını itirən Ansi Aqolli isə komandayla məşqlərini davam etdirir. Ansinin meydana çıxb-çıxmaması baş məşqçi Qurban Qurbanovun verəcəyi qərardan asılı olacaq.
Xatırladaq ki, “Turan” – “Qarabağ” oyunu dekabrın 4-də, saat 14:00-da keçiriləcək.
