4 dekabr 2011 13:15
Mahmud Qurbanov: Azərbaycanda istənilən rəqibə qalib gələ bilərik
“Sumqayıt Şəhər”in yarımmüdafiəçisi Mahmud Qurbanov Premyer Liqanın 15-ci turunun "Qəbələ" ilə səfər oyunu öncəsi komandasının şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Azərbaycanda istənilən rəqibə qarşı oynamaq və uğur qazanmaq olar. Elə “Qəbələ” ilə oyunda da həmçinin. Rəqib şübhəsiz ki, çox yaxşı komandadı. Oyunun səfərdə olması işimizi xüsusilə çətinləşdirən amillərdəndi. Amma bu oyunda uğur qazanmağımız mümkündü. Hər şey ola bilər. Quzanlıdakı “Qarabağ”la görüşümüzdə çox zəif oynadıq. Həm də rəqib güclü idi. Kubok oyunlarının fərqli olduğunu da unutmamaq lazımdı. Çempionatda biz hər oyunda xal qazanmağa çalışırıq. Hələ oyunumuzda yaxşılaşdırmalı olduğumuz çox keyfiyyətlər var. Əgər komanda xal, qələbə qazana bilmirsə, deməli, nəsə yolunda deyil”.

Mahmud Qurbanov komandasının orta yaş həddinin aşağı olmasının nəticələrə nə dərəcədə təsir etdiyinə də toxunub: “Bizim uşaqların gənc olması onların pis oynadığı anlamına gəlməməlidi. Hamımız futbol oynayırıq. Özü də həmişə, hər kəsin öyrənməli olduğu nəsə var. Bizim gənc oyunçuların bu mənada öyrənməli olduğu məqamlar xüsusilə çoxdu. Biz təcrübəlilər də onlara öyrətməyə borcluyuq”.