4 dekabr 2011 01:48
İnter Lənkəranda son məşqə çıxdı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində bu gün səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq Bakının "İnter" klubu artıq Lənkərandadı. Azerisport.az xəbər verir ki, Kaxaber Tsxadadzenin komandası ötən gün görüşün keçiriləcəyi Lənkəran stadionunda məşqə çıxıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "İnter" qarşılaşması bu gün saat 16:00-da başlayacaq.
