4 dekabr 2011 17:55

XL İnterə uduzdu, Neftçi vahid lider oldu (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turun bütün oyunları elə bir gündə baş tutub.
 
Ötən tur səfərdə “Bakı”ya məğlub olaraq turnir cədvəlində yeddinci pilləyə geriləyən “Qəbələ” autsayder “Sumqayıt Şəhər”i qəbul edib və məğlub yola salıb. Son üç turda qazandığı xallarla turnir cədvəlində vəziyyətini nisbətən yaxşılaşdıran AZAL özü kimi yüksəlişdə olan “Bakı”yla görüşüb. Paytaxt derbisini meydan sahibləri qazanıblar. Son turda doğma azarkeşləri önündə “Xəzər Lənkəran”a qarşı əzmkar oyunu sayəsində aktivinə bir xal yazan “Simurq” son çempion “Neftçi”nin qonağı olub. Ölkə çempionu növbəti qələbəsini qazanaraq, vahid lider olub. Heç də yaxşı günlərini yaşamayan “Turan” qara zolaqdan çıxmağa çalışan “Qarabağ”ı qəbul edib və məğlubiyyətlə üzləşib. “Rəvan” “Kəpəz”lə görüşdə məğlub olub. Turun mərkəzi oyununda isə “Xəzər Lənkəran” “İnter”i qəbul edib. İlk dövrədə olduğu kimi, səfərdə də rəqibini məğlub edən "bankirlər" ikinciliyi ələ keçiriblər.
 
Premyer Liqa
15-ci tur
4 dekabr (bazar)
 
XƏZƏR LƏNKƏRAN – İNTER - 0:1 (0:0)
Qol: Baçana Sxadadze, 78 (0:1)
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Ramiz Əsədov, Orxan Məmmədov.
Lənkəran şəhər mərkəzi stadionu.
 
Oyun başladı
3. Pit sağ cinahdan cərimə asmasını yerinə yetirsə də, qonaqların müdafiəsi ikinci mərtəbədə yaxşı oynayır
7. "İnter"in ilk təhlükəli epizodu: Sol cinahdan cərimə meydançasına daxil olan futbolçu topu qapının önünə ötürdü. Kamran da irəli çıxdığından yalnız Allahverdiyev topu boş qapının önündən uzaqlaşdırır
9. Bonfimin cərimə meydançasına verdiyi asma nəticəsində top qapıya doğru istiqamətləndi. Lomaya barmaqları ilə topu kornerə çıxarır
10. Oyunda ilk küncdən zərbə Pitin ifasında - rəqib müdafiəsi təmiz oynayır
12. Semedonun zərbəsi qapıdan aralı keçir
14. "İnter" hücumlarının daha çox sağ cinahla edir. Burada Nizami Hacıyev daha fəaldı
18. Allahverdiyev meydanın mərkəzində rəqibin hücumunu saxladığına görə sarı vərəqə alır
19. "İnter"in künc zərbəsindən sonra qonaqlar qaydanı pozur
25. Meydan sahiblərinin hücumları hələlik, qol vurmaq üçün yetərli deyil. "İnter" isə əks-hücumlara üstünlük verir
26. Pit də sarı vərəqə alır. Səbəb - simulyasiya
31. Son bir neçə dəqiqədə qonaqlar topa nəzarəti özlərində saxlayıb. Tsxadadzenin dönərək vurduğu zərbə isə qapının yanından keçir
34. Sağ cinahda bu dəfə Asif Mirili qaydanı pozdu və sarı vərəqəsini alır
35. Cərimə zərbəsini bu dəfə Abdullayev yerinə yetirir, lakin "İnter" müdafiəsi yenə də dəqiq oynayır
40. Pitin asmasından sonra cənublular korner qazanırlar
41. Bu küncdən asma da nəticəsiz qalır. Abramidzeyə qarşı qayda pozulur
42. Əks hücum zamanı Subaşiç mərkəzdə topu ələ keçirsə də, müdafiəçilərin təzyiqi altında Şəhriyara ötürmə etməli oldu. Hər şey Allahverdiyevin uğursuz zərbəsi ilə başa çatır
44. Nizami Hacıyevin cərimə asmasında sonra müdafiəçilər topu uzaqlaşdıra bildilər. Ardından Hacıyev artıq 22 metrdən qapını nişan alırdı, lakin top yandan keçir. Təhlükəli dəqiqələr idi
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. Abdullayev və Eder ardıcıl olaraq iki dəfə rəqibin cərimə meydançasına asma etdilər, lakin hər iki halda rəqib müdafiəsi topu uzaqlaşdırır
48. Poladovun cərimə meydançasına verdiyi təhlükəli ara ötürməsini Mureşan oxuya bilir
49. Uzun ötürmədən sonra Subaşiçin qapıçı ilə üz-üzə qalmasına müdafiəçi imkan vermir
50. İlk əvəzetmə Mirça Rednikdən: Şəhriyar Xəlilov yerini Mario Rosasa verir
53. Pitin cərimə meydançasına soldan verdiyi ötürmə təhlükəli oldu. Lakin, o zonada yalnız Semedo var idi ki, o da artıq ötürmədən əvvəl yerdə qalmışdı
55. Soldan daha bir asma. Yenə Pit topu ötürür və bu dəfə Semedo yüksələrək başla zərbə endirməyi bacarır. Lakin bu zərbə üstdən keçir
57. Allahverdiyev Poladovla mübarizədə topu kornerə çıxarır. Rəqibin künc zərbəsindən sonra isə Niassenin baş zərbəsi alınmır
58. "İnter"in heyətində dəyişiklik: Nizami Hacıyevi Asif Məmmədov əvəzləyir
60. Subaşiç qapıçı ilə üz-üzə qalacaqdı, lakin Lomaya zamanında yerini tərk edib sakitcə topu meydandan çıxarır
61. Zahidin 40 metr məsafədən zərbəsi qapıdan aralı keçsə də, effektli alınır
64. Mario, Abdullayev və Semedo sağ cinahdan hücum qurmaq istəsə də, rəqib müdafiəsi topu ələ keçirir
65. Abdullayevə qarşı sağ cinahda qayda pozulur. Pitin asmasına isə heç kim çata bilmir
67. Soldan verilən asmadan sonra top rəqib futbolçunun əlinə dəydi. Elnur Abdullayevin cərimə zərbəsindən sonra Lomaya topu çıxardı, dirəyin yanında olan Ederin başla zərbəsindən sonra qapıçı daha bir seyv edir
69. "İnter"dən olduqca təhlükəli hücum. Sol cinahdan orta səviyyədə ötürülən topa Tsxadadze zərbə endirdi, lakin top qapıya istiqamətlənmədi. Özünü yetirən Allahberdiyev təhlükəni sovuşdurur
71. Asif Mirilinin yerinə qonaqların heyətində Petar Zlatinov oyuna daxil olur
72. Elnur Abdullayevin yerinə oyuna Rusiç daxil olur
75. Semedoya qarşı təxminən 25 metr məsafədə qayda pozuldu. Pitin zərbəsindən sonra Lomaya topu tutur
78. "İnter" hesabı açır. Baçana Tsxadadze dəqiq oynayır - 0:1
78. Abramidze cərimə meydançasına sağdan daxil olub yerlə topu qapı qarşısına ötürdü. Burada Tsxadadze hamının qabaqlayıb topu tora salmağı bacardı - 0:1.
79. Rəqib qapıçının səhvindən sonra nə Semedo, nə Rusiç topu qapıdan keçirə bilir
82. "İnter"də son əvəzetmə: Tsxadadzenin yerinə Krastovçev oyuna daxi olur. Yeri gəlmişkən, Tsxadadze qolu qeyd edərkən köynəyini çıxardığı üçün sarı vərəqə alır
83. Eder cərimə zərbəsindən birbaşa topu qapıya göndərmək istəsə də, Lomaya topu tutur
85. Pitin yerinə yetirdiyi künc zərbəsindən sonra fubolçular topun rəqib oyunçusunun əlinə dəydiyini bildirsə də, hakim oyunu saxlamır
89. Daha bir korner. Yenə də Pit topun yanında. Bu top da uzaqlaşdırıldı. Pitin təkrar asması - və eyni ssenari
90. Oyuna 3 dəqiqə əlavə edilir
90+1. Lomaya vaxtı uzatdığına görə sarı vərəqə alır
Matç başa çatdı
 
AZAL – BAKI - 1:0 (1:0)
Qol: Tales Şütz, 15 (1:0)
Hakimlər: Anar Salmanov, Elman Musayev, Zeynal Zeynalov, Elvin Əsgərov.
Bakı. AZAL Arena.
 
Oyun başladı
4. İbekoyinin zərbəsi zamanı qonaqların bəxti gətirir
9. "Bakı"nın yerinə yetirdiyi korner zamanı C.Həsənzadə topu tutur
14. AZAL-ın hücumları hələ ki, qol gətirmir
15. Tales Şütz nəhayət ki, meydan sahiblərinin hücumlarından birini qolla tamamlayır - 1:0
19. AZAL az qala ikinci qolu vuracaqdı, amma müdafiəçilər sayıq oynadılar
20. Meydan sahiblərinin üstünlüyü davam edir
25. Zədələnən Mensur Limanini Georgi Boqyu əvəzləyir
30. Karqbo az qala avtoqola imza atacaqdı. Amma o, səhvini elə özü düzəldir və topu boş qapıdan çıxarır
32. AZAL-ın korner vuruşu zamanı Şarliya komandasını qoldan xilas edir
33. AZAL daha bir korneri boşa verir
34. Ervin Bulku sarı vərəqə alır
35. Boqyunun zərbəsi qapıdan azca aralı keçir
41. "Bakı"nın oyundakı ilk təhlükəli zərbəsinin müəllifi Rəhman Hacıyev olur, amma onun sevinməsinə Həsənzadə mane olur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. Fasilədən sonra da AZAL üstün tərəfdi
60. "Bakı" bu gün heç də öz oyununu sərgiləyə bilmir
65. Şarliya komandasını qoldan xilas edir
68. Vilson Juniorun təhlükəli cərimə zərbəsini Həsənzadə kornerə çıxarır. Kornerdən isə heç nə alınmır
73. Həsənzadə yenə AZAL-ı qoldan xilas edir: ardıcıl 2 dəfə!
74. "Bakı" artıq təzyiqi durmadan artırmaqdadı
77. N.Kvirtiyanı T.Xəlilov əvəzləyir
84. D.İvanov sarı vərəqə alır
87. T.Xəlilov qısa müddət ərzində iki sarı vərəqə alaraq meydandan qovulur
88. N.Məmmədov da sarı vərəqə alır
90. Karqbonu S.Bates əvəzləyir
90+1. Benuahi qapıçı ilə üz-üzə qalsa da, zərbəsi dirəyə toxunub çölə çıxır
Matç başa çatdı
 
 
RƏVAN – KƏPƏZ - 1:2 (0:2)
Qollar: Yuri Fomenko, 39 (0:1), D.Parxaçov, 43 (0:2), Klaudiney, 57 (1:2)
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, İnqilab Məmmədov.
Bakı. Dalğa Arena.
 
Oyun başladı
5. Matçın ilk dəqiqələri hələ ki, mərkəzdə keçir
5. "Kəpəz"in təhlükəli hücumu zamanı qapıçı və müdafiəçilər qola imkan vermirlər
6. Qonaqların kornerdən fərqlənmək cəhdi alınmır
11. Cavad Mirzəyev zədələndiyi üçün oyuna davam edə bilmir və əvəzində Pərvin Paşayev meydana çıxır
12. Meydan sahiblərindən çox təhlükəli hücum: Barlayın zərbəsi korner gətirir
12. Lakin korner faydasız qalır
15. "Rəvan"ın fəallığı hələ ki, bəhrəsizdi
19. Klaudiney yaxın məsafədən çox real qol şansını dəyərləndirə bilmir
19. P.Paşayev sarı vərəqə alır
20. Qonaqların hücumu zamanı Davud Kərimi qola icazə vermir
23. "Rəvan"ın hücumu zamanı Kolesnikov yaxşı oynayır
34. Tural Axundov yaxın məsafədən qapıya dəqiq zərbə endirə bilmir
34. Axundov bu azmış kimi sarı vərəqə də alır
39. Yuri Fomenko qonaqları hesabda önə keçirir - 0:1
41. Meydan sahibləri qol vursa da, Klaudineyin ofsaydda olduğu bildirilir
43. Parxaçov qonaqların qapısına daha bir qol vurur - 0:2
44. Allahquliyev az qala üçüncü qolu vuracaqdı. Zərbəsi qapıdan azacıq yan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Rəvan"da fasilədə iki dəyişiklik edilir
"Kəpəz"də Muammer Erdoğdunu Sidney Karqbo əvəzləyir
57. Klaudiney Tagimin ötürməsini qolla tamamlayır - 1:2
60. "Rəvan" təzyiqi artırıb və hesabı bərabərləşdirməyə çalışır
66. H.İsgəndərov sarı vərəqə alır
69. R.Sultanovu J.Suares əvəzləyir
75. "Rəvan" daha çox hücum etsə də, hesabı bərabərləşdirə bilmir
82. H.İsgəndərovu Ş.Şahbuzov əvəzləyir
90. "Rəvan" kornerdən yararlana bilmir
Matç başa çatdı
 
 
NEFTÇİ – SİMURQ - 4:2 (2:1)
Qollar: Araz Abdullayev, 10 (1:0), Robertas Poşkus, 18 (1:1), Araz Abdullayev, 36 (2:1), Bahodir Nasimov, 69 (3:1), R.Abışov, 76 (4:1), Kristap Qrebis, 90+2.
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Rza Məmmədov, Teymur Fərhadov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
 
Oyun başladı
3. "Simurq" hesabı açsa da, hakim öncə Poşkusun əllə oynadığını bildirərək ona sarı vərəqə göstərir
7. Qonaqların künc zərbəsi təhlükəli alınsa da, son anda bakılılar təhlükəni sovuşdururlar
10. Rəqib müdafiəçilərin kobud səhvi nəticəsində topu ələ keçirən Araz Abdullayev sol ayaqla uzaqdan qüvvətli zərbə ilə möhtəşəm qola imza atır - 1:0
18. Poşkus cərimə zərbəsi zamanı qapı qarşısına göndərilin topu başla tora qovuşdurur - 1:1
23. "Neftçi" kornerdən fərqlənə bilmir
25. Tərəflərin qarşılıqlı hücumları davam edir
34. "Neftçi"nin çox təhlükəli hücumu zamanı Hodziç qapısını qoldan xilas edir
36. Araz dublunu rəsmiləşdirir - 2:1
39. Mitreski sarı vərəqə alır
41. Poşkusun zərbəsini Saşa tutur
45. İlk yarıya bir dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
52. Nasimovun zərbəsini qapıçı dəf edir
57. Meydan sahiblərinin hücumunu Cavid Hüseynov qeyri-dəqiq, amma təhlükəli zərbə ilə tamamlayır
60. Şemonayev Əmircanova qarşı kobudluğa görə sarı vərəqə ilə cəzalanır
69. Əmircanovun əla ötürməsini Nasimov başla tora qovuşdurur - 3:1
70. A.Abdullayevin əvəzində meydana Cavid İmamverdiyev çıxır
76. R.Abışovun uzaqdan zərbəsini qapıçı zərərsizləşdirə bilmədi və top tora daxil oldu - 4:1
78. Q.İbrahimovu Kristap Qrebis əvəzləyir
79. Əmircanovun əvəzində meydana Emin Mehdiyev çıxır
80. Rubinin zərbəsini Stamenkoviç dəf edir
83. Nasimovu Mpenza əvəzləyir
85. Emin Mehdiyev sarı vərəqə alır
85. Qonaqlar təhlükəli nöqtədən cərimə zərbəsi vurur: Poşkusun zərbəsi canlı səddən dönür
90. C.İmamverdiyev az qala beşinci qolu vuracaqdı
90+2. Qrebis qapıçı ilə üz-üzə qalır və hesab arasındakı fərqi azaldır - 4:2
Matç başa çatdı
 
 
QƏBƏLƏ – SUMQAYIT ŞƏHƏR - 3:1 (1:1)
Qollar: Serge Cehua, 36 (1:0), Samir Abasov, 39 (1:1), Dodo, 70 (2:1), Viktor Mendi, 86 (3:1).
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, İsgəndər Əliyev, Fuad Həsənov.
Qəbələ. Şəhər stadionu.
 
Oyun başladı
Meydan sahibləri fəal olsa da, qonaqlar da müdafiədə oturmaq fikrində deyil
Qonaqların qapıçısı Kərimov komandasını qoldan xilas edir
Mendi az qala hesabı açacaqdı. Qapıçı onun sevincini gözündə qoyur. Cehua isə təkrar zərbəyə gecikir
SŞ də hücum qurmaq üçün çalışır. Mahmud Qurbanov çox fəaldı
Doroşev qola imkan vermir
SŞ fəallığı artırır. Doroşev daha bir epizodda komandasını qoldan xilas edir
Serge Cehua hesabı açır - 1:0
Samir Abasov meydan sahiblərinin sevincinin qısa sürməsinə səbəbkar olur - 1:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Qəbələ" fasilədən sonra daha inamlı oyun sərgiləyir
S.Yunisoğlu sarı vərəqə alır
70. Dodo komandasını hesabda önə keçirir - 2:1
Çertoqanov az qala qonaqların qapısına daha bir qol vuracaqdı
86. Viktor Mendi qonaqların qapısına daha bir top vurur - 3:1
Matç başa çatdı
 
 
TURAN – QARABAĞ - 0:1 (0:1)
Qol: Bəxtiyar Soltanov, 4 (0:1)
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Coşqun Həsənov, Rövşən Əhmədov.
Tovuz. Şəhər stadionu.
 
Oyun başladı
4. Bəxtiyar Soltanov oyunda erkən qola imza atır - 0:1
6. "Turan"ın hücumu zamanı Pavloviç topu dəf edir
9. Pavloviç sarı vərəqə alır
13. Namiq Yusifov sarı vərəqə alır
15. Yasin Abbasovun zərbəsi qapının üstündən keçir
20. Oyunun tempi bir qədər aşağı düşüb
22. Əfran əlverişli mövqedən qapıya "düşə" bilmir
27. Meydanın yaxşı vəziyyətdə olmaması futbolçuların baxımlı oyun göstərməsinə mane olur
29. Yasin Abbasov Namiq Yusifova qarşı kobudluğa görə sarı vərəqə alır
33. "Qarabağ"ın iki ardıcıl künc zərbəsi bəhrəsiz qalır
38. Rəşad Piriyevin zərbəsi Pavloviçdə qalır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. "Qarabağ"da ilk oyunçu dəyişikliyi: Bəxtiyar Soltanovu Rauf Əliyev əvəzləyir
49. "Turan"ın hücumu zamanı Ramal Hüseyinovun zərbəsi qapıdan aralı keçir
50. İkinci hissə sürətli tempdə başlayıb
54. Ramal və Əfran sarı vərəqə alır
58. Əfran cərimə zərbəsini yerinə yetirir, lakin top canlı səddən dönür
61. "Qarabağ"da oyunçu dəyişikliyi: Ansi Aqolli Adamiyanı əvəzləyir
63. Ruslan Abbasov sarı vərəqə alır
66. Rəşad Abbasov 2-ci sarı/qırmızı vərəqə almaqla meydan sahiblərini azlıqda qoyur
73. "Turan"ın oyunçusu sarı vərəqə alır
80. Rəşad Piriyevin zərbəsi qapının üstündən keçir
82. "Qarabağ"da oyunçu dəyişikliyi: Əfranı Vüqar Nadirov əvəzləyir
85. "Qarabağ"ın hücumu zamanı Raufun başla qapıya zərbəsi, lakin zərbə dəqiq olmur
89. Roşanın zərbəsi qapıçıda qalır
Matç başa çatdı
 
 
1
Neftçi
15
10
1
4
27-13
31
2
İnter
15
8
5
2
13-8
29
3
Xəzər Lənkəran
15
8
4
3
20-16
28
4
Bakı
15
7
4
4
22-13
25
5
Qarabağ
15
7
3
5
18-14
24
6
Qəbələ
15
6
3
6
17-19
21
7
AZAL
15
5
5
5
19-17
20
8
Rəvan
15
4
6
5
18-19
18
9
Simurq
15
4
4
7
15-19
16
10
Kəpəz
15
4
4
7
19-24
16
11
Turan
15
3
2
10
9-22
11
12
Sumqayıt Şəhər
15
2
3
10
8-21
9
 
Bombardirlər:
6 - Bahodir Nasimov (Neftçi), Uinston Parks (Bakı), Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL).
5 - Sergey Artyux (Turan), Flavinyo (Neftçi)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.