4 dekabr 2011 15:19
Berti Foqts: Rusiya və Portuqaliya AÇ-nin 1/4 finalında görüşə bilər
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2012-nin final mərhələsinin püşkatmasını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimiz – Rusiya və Portuqaliya haqda bunları dilə gətirib:
“Portuqaliya çətin qrupa düşüb. Rusiya yığmasının isə bəxti gətirdi. Onlar keçiləsi qrupa düşüblər. Hər iki rəqibimiz pley-offa çıxa bilər. Hətta 1/4 finalda üz-üzə də gələ bilərlər. Rusiya güclü komandadı. Portuqaliya isə artıq ulduz futbolçulara malik yığmadı. Hər iki komandanın AÇ-2012-də uğurlu çıxış etmək şansına malik olduğunu düşünürəm”.

Qeyd edək ki, Rusiya Polşa, Yunanıstan və Çexiya ilə bir qrupa düşüb. Portuqaliya isə Hollandiya, Almaniya və Danimarkanın da yer aldığı ölüm qrupundan çıxmalıdı.