4 dekabr 2011 16:49
“Hər iki hissədə komandamız yaxşı oynadı”
Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qəbələ” doğma meydanda “Sumqayıt Şəhər”i məğlub edərək xal ehtiyatını 21-ə çatdırdı. Azerisport.az xəbər verir ki, meydan sahiblərinin çalışdırıcısı Fatih Kavlak 3:1 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunarı dilə gətirib:
“Bu gün qalib gəlmək istəyirdik, oyuna qələbə əzmi ilə çıxmışdıq. Hər iki hissədə komandamız yaxşı oynadı. İkinci hissədə rəqib hücuma daha çox çıxdı, biz də bundan istifadə edib iki qol vurduq”.
