4 dekabr 2011 17:01
Böyükağa Hacıyev: Simurqun qolu təsadüfi alındı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 15-ci turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 4:2 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Bir həftəyə bu komandayla görüşdüyümüz ikinci oyun idi. Ardıcıl oyunlar həmişə çətin olur. “Simurq” qələbə qazanmaq istəyirdi. Amma onlar “Neftçi”ylə oynadıqlarını unutmuşdular. Qonaqların ikinci qolu tamamilə təsadüfi alındı. Qoy sevinsinlər. Nəticəni oyuna görə hesab edirəm. “Simurq”un bizimlə rəqabət aparmasına hələ çox vaxt lazımdı”.