4 dekabr 2011 17:16
Sergey Yuran: Oyuna görə məğlubiyyətə layiq deyildik
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 15-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:4 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Biz bura qələbə üçün gəlmişdik. Amma öz səhvlərimiz ucbatından məğlub olduq. Bu səhvləri aradan qaldırmağa çalışacağıq. Çünki bunlar uşaq səhvləridi. Bütövlükdə, oyuna görə məğlubiyyətə layiq olmadığımızı düşünürəm. Əgər səhvlərimizi nəzərə almasaq, yaxşı oynadıq. Təəssüf ki, Hodziç bu gün komandaya heç nə ilə kömək etmədi. Ona ikinci şansı verəcəyik”.