4 dekabr 2011 17:38
Qurban Qurbanov: Şadam ki, belə çətin oyunda qalib gəldik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 15-ci turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Çox ağır oyun alındı. Tovuza mən həmişə minnətdar olacam. Çünki burda çox şey öyrənmişəm. Həmişə də Tovuz futboluna azarkeşlik edəcəm. Sadəcə, bu günkü oyun çox aqressiv alındı. Şadam ki, belə çətin oyunda qələbə qazandıq”.
