4 dekabr 2011 18:24
“Ona yaxın futbolçunun xidmətindən istifadə edə bilmədik”
“Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 15-ci turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Son dörd ay ərzində dördüncü dəfədir ki, heyətə əl gəzdiririk. Bugünkü oyunda ona yaxın futbolçunun xidmətindən istifadə edə bilmədik. Hər dəfə gənc, təcrübəsiz futbolçuları heyətə cəlb edirik. Hər şeyi sıfırdan başladıq. Buna görə də oyunun əvvəlində qapımızda qol gördük. Təəssüf ki, final fitinədək də bunu düzəldə bilmədik”.
