4 dekabr 2011 19:08
“Fərqlənmək üçün daha üç imkanımız oldu”
Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunda AZAL doğma azarkeşləri önündə “Bakı”nı qəbul etdi və rəqibini 1:0 hesabı ilə məğlub edərək növbəti 3 xalı aktivinə yazdı. Azerisport.az xəbər verir ki, görüşdən sonra AZAL klubunun baş məşqçisi Rafiq Mirzəyev bunları dilə gətirib:
“Hər iki komanda gözəl oyun göstərdi. Fərqlənmək üçün daha üç imkanımız oldu, təəssüf ki, bu imkanlardan istifadə edə bilmədik. “Bakı” klubuna uğurlar arzu edirəm”.
