4 dekabr 2011 19:12
Xəzər Lənkəran - İnter matçından sonra qan töküldü
Xəbər verdiyimiz kimi, bu gün Premyer Liqanın 15-ci turunun mərkəzi oyununda “İnter” Lənkəran stadionunda yerli komandayla qarşılaşdı və 1:0 hesabıyla "Xəzər Lənkəran"a qalib gəldi. Lakin azerisport.az xəbər verir ki, bu qələbə qonaqlara baha başa gəlib.
Belə ki, oyundan sonra stadionda xoşagəlməz hadisə baş verib. Tribunadan atılan bərk əşya komandanın baş məşqçisi Kaxaber Tsxadadzenin başına dəyib və o, ciddi xəsarət alıb. Paytaxt klubunun həkimləri hadisə yerində Tsxadadzeyə təcili yardım göstəriblər. Bu səbəbə görə baş məşqçi oyunsonrası mətbuat konfrasında da iştirak edə bilməyib. Onu köməkçisi Giorgi Çixradze əvəz edib.
"İnter" PİK-in rəhbərliyi baş vermiş hadisəni pisləyin və belə insidentlərin bir daha təkrarlanmaması üçün müvafiq qurumların lazımi tədbirlər görəcəyinə ümid etdiyini vurğulayıb. (klubun saytı)
