4 dekabr 2011 19:19
Aleksandr Starkov: AZAL gözəl oyun göstərdi
“Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 15-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Bu gün baxımlı oyunun şahidi olduq, AZAL da gözəl oyun göstərdi. Biz də hücumda çox oynadıq, bir neçə qol imkanımız oldu, lakin istifadə edə bilmədik. Bəzi hallarda isə bəxtimiz gətirmədi. Bugünkü oyunda bir neçə futbolçumuz iştirak etmirdi. AZAL komandasını qələbə münasibəti ilə təbrik edirəm”.
