4 dekabr 2011 19:22
“Oyunçularımız verilən bütün tapşırıqları yerinə yetirdilər”
Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunda “Rəvan”ın qonağı olan “Kəpəz” rəqibini 2:1 hesabı ilə məğlub etdi. Azerisport.az xəbər verir ki, görüşdən sonra qonaqların baş məşqçisi Mirbağır İsayev komandasının qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Çətin oyun olacağını gözləyirdik. Buna görə də oyundan bir neçə gün öncə Bakıya gəldik ki, futbolçular süni ot örtüyünə öyrəşə bilsin. Bu da öz bəhrəsini verdi. Oyuna görə komandaya minntədaram. Verilən bütün tapşırıqları yerinə yetirdilər”.