4 dekabr 2011 19:32
Vladislav Qədirov: Oyuna ilk dəqiqələrdən ciddi yanaşmaq lazımdı
“Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov Premyer Liqanın 15-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Hər bir komandaya oyunun ilk dəqiqələrindən ciddi yanaşmaq lazımdı. Qol imkanlarımız oldu, lakin istifadə edə bilmədik. İlk hissədə iki top buraxdıq, fasilədə əvəzetmələr etdik. Bu əvəzetmələr uğurlu alındı. Təəssüf ki, məğlub olduq. Ayın 10-da bizi daha ciddi rəqiblə - “Bakı” klubu ilə sınaq gözləyir. Bu oyuna hazırlaşacağıq”.
