4 dekabr 2011 19:40
Mirça Rednik İnterə məğlubiyyətin səbəblərini açıqladı
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik Premyer Liqanın 15-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Bu günkü oyun tamamilə bizim nəzarətimiz altında keçdi. Amma rəqibin təsadüfi hücumlarından biri qolla nəticələndi. Biz də əlimizə düşən imkanlarımızdan yararlanmalıydıq. Heyətdəki futbolçularımızın heç də hamısı sağlam deyildi. Bu üzdən əvəzedici komandadan futbolçuları əsas heyətə cəlb etmişdik. Elvin Beqiri hələ də zədəlidi. Hücumçuların yoxluğu səbəbindən problemlərimiz var idi”.
