4 dekabr 2011 20:28

Xəzər Lənkəran Redniki istefaya göndərdi

"Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik istefa verib. Azerisport.az xəbər verir ki, ötən mövsümün əvvəlindən cənub təmsilçisini çalışdıran rumıniyalı mütəxəssis Premyer Liqanın 15-ci turunun “İnter”lə oyunundan sonra postundan getdiyini açıqlayıb.
 
Belə ki, komandasının doğma meydanda aldığı 0:1 hesablı məğlubiyyətdən sonra Rednik qarşılıqlı razılaşma ilə klubdan ayrıldığını bildirib: "Məncə, artıq getməliyəm. Bu, "Xəzər Lənkəran" və mənimçün ən faydalı qərar olardı. İndiyədək yazılırdı ki, Rednik istefa verib, yaxud istefaya göndərilib. Xeyr, belə şey olmamışdı. İstefa yalnız indi baş verdi. Mən artıq qarşılıqlı razılaşma ilə klubla yollarımı ayırıram".
 
Artıq rəhbərliyin də onun bu qərarını müsbət qarşıladığı bildirilir. Cənub təmsilçisinin yeni çalışdırıcısının kimliyinə yaxın günlərdə aydınlıq gətirilməlidi.
 
Klubun rəsmi saytı da məlumatı təsdiqləyib. Bəyanatda bildirilir:
 
"Bu gün Azərbaycan çempionatı çərçivəsində baş tutmuş oyundan sonra "Xəzər Lənkəran" Futbol Klubunun rəhbərliyi ilə komandanın baş məşqçisi Mirça Rednik arasında görüş keçirilib. Komandanın son qarşılaşmalarda göstərdiyi nəticələr nəzərə alınmaqla qarşılıqlı şəkildə klubun rumıniyalı mütəxəssislə yollarını ayırması qərara alınıb.
 
"Xəzər Lənkəran" Futbol Klubu Mirça Rednikə klubda çalışdığı dövr ərzində gördüyü işlərə görə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.