5 dekabr 2011 00:03

Bir turun əks-sədası: 2 qalmaqal, 1 istefa

Futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci tur da arxada qaldı. Azerisport.az xəbər verir ki, bu turun bütün oyunları elə bir gündə keçirildi.
 
Ötən tur səfərdə “Bakı”ya məğlub olaraq turnir cədvəlində yeddinci pilləyə geriləyən “Qəbələ” autsayder “Sumqayıt Şəhər”i qəbul edirdi. “Qəbələ” yenidən “ilk altılığ”a qayıtmaq üçün doğma azarkeşləri önündə qələbə qazanmalıydı. Son çempionat matçında “Rəvan”a məğlub olan “Sumqayıt Şəhər” isə turnir cədvəlinin son pilləsində qərarlaşdığından on birinci pillənin sahibi “Turan”ı qabaqlamaq üçün çətin səfərdən 3 xalla dönməyə borcluydu. Düzdü, görüşün ilk yarısında yaxşı oyun sərgiləyən, hətta qol da vuran qonaqlar səfərdə xal qazanmaq istədiklərini göstərsələr də, fasilədən sonra daha üstün oyun nümayiş etdirən meydan sahibləri qələbəni təmin edə bildilər. Bu, həm də Qəbələ klubuna ilk altılığa qayıtmaq imkanı yaratdı. Yeri gəlmişkən xatırladaq ki, “Qəbələ” və “Sumqayıt Şəhər” arasında birinci dövrənin 2-ci turunda Sumqayıtda keçirilən oyunda da “Qəbələ” 2:1 hesabıyla qələbə qazanmışdı.
 
Bundan əvvəlki turda səfərdə məhz “Sumqayıt Şəhər”i məğlub edərək atıncı pilləyə yüksələn “Rəvan” isə “Kəpəz”i qəbul edirdi. “Rəvan” doğma azarkeşləri önündə qələbə qazanmaqla ilk altılıqdakı yerini möhkəmləndirmək niyətindəydi. 9 turdu qələbə qazana bilməyən “Kəpəz” isə debütant “Rəvan”ı məğlub etməklə “uğursuz zolaq”dan çıxmaq haqda düşünürdü. Halbuki, bu oyun öncəsi qapısından 23 qol buraxan “Kəpəz” turnirin ən etibarsız müdafiə xəttinə sahib kollektiviydi. Bu komandalar arasında birinci dövrənin ilk turunda keçirilmiş oyunda “Rəvan” oyunun son dəqiqələrində buraxdığı qollarla 2:3 hesabıyla məğlub olmuşdu. Bu dəfə isə yeni mövsümün tapıntısı hesab olunan paytaxt klubu ilk yarının sonlarında buraxdığı qollarla məğlub oldu. Düzdü, fasilədən sonra bu qollardan birinin əvəzi çıxılsa da, “Rəvan”ın bundan artığına gücü çatmadı. Nəticədə, bakılılar ilk altılıqdakı yerini itirmiş oldu. “Kəpəz” isə yeni baş məşqçisi Mirbağır İsayevlə Premyer Liqada ilk qələbəsinə nail oldu.
 
Son dövrlər maliyyə problemləri içində itib-batan “Turan” “Qarabağ”ı qəbul edirdi. Tovuz təmsilçisi özü kimi uğursuzluq zolağına düşən “Qarabağ” üzərində qələbə qazanmaqla təhlükəli zonadan qurtula bilərdi. Liderlərdən 7 xal geridə qalan Ağdam komandası isə bu fərqi azaltmaq üçün qalib gəlməyə borclu idi. Xatırladaq ki, bu komandalar arasında birinci dövrənin 8-ci turunda keçirilmiş oyunda “Qarabağ” 3:1 hesabıyla qalib gəlmişdi. Elə bu dəfə də Ağdam klubu qələbəyə sevinən tərəf oldu. Lakin ilk dövrədəkindən fərqli, ağdamlılar səfərdə, özü də minimal hesablı qələbə qazandılar. Qarşılaşmanın özündən və nəticəsindən daha çox maraqlı olan məqam isə oyunun ardından hakimlərin döyülməsi oldu. Görünür, kubok matçında da məhz hakimlik üzündən ikinci yarıya çıxmayan tovuzlular daha ədalət təmsilçilərini döyməklə heyf çıxmağa çalışırlar.
 
Son üç turda qazandığı xallarla turnir cədvəlində vəziyyətini nisbətən yaxşılaşdıran AZAL doğma azarkeşlərinin gözü önündə “Bakı”nı məğlub etməklə turnir cədvəlindəki mövqeyini bir qədər də yaxşılaşdırmağı hədəfləmişdi. 25 xalla  turnir cədvəlinin dördüncü pilləsində qərarlaşan “Bakı” isə liderlərə bir qədər də yaxınlaşmaq üçün qalib gəlmək niyətindəydi. Lakin paytaxt derbisini məhz yüksəlişdə olan meydan sahibləri qazandılar. “Bakı”nın son dövrlərdəki uğurlu oyunlar seriyası isə qırılmış oldu. Xatırladaq ki, bu komandalar arasında 8-ci turda keçirilmiş oyunda qolsuz heç-heçə qeydə alınmışdı.
 
Ötən tur doğma azarkeşləri önündə “Xəzər Lənkəran”a qarşı əzmkar oyunu sayəsində aktivinə bir xal yazan “Simurq” son çempion “Neftçi”nin qonağı idi. Zaqatala təmsilçisi 16 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşmışdı. “Xəzər Lənkəran”ın xal itirməsindən yararlanaraq zirvəyə yüksələn “Neftçi” isə şərikinin xal itirməsinə ümid bəsləməklə vahid liderliyi ələ keçirmək istəyirdi. Maraq üçün xatırladaq ki, birinci dövrənin 8-ci turunda bu komandalar arasında Zaqatalada keçirilmiş oyundan “Neftçi” 2:1 hesabıyla qalib ayrılmışdı. Elə bir neçə gün öncə baş tutan kubok matçında da “ağ-qaralar” sevinən tərəf olmuşdular – 1:0. Bu dəfə də sürpriz qeydə alınmadı. Düzdü, Sergey Yuranın komandası son çempiona iki qol vura bildi. Amma öz qapısından dörd qol çıxarmalı olduğundan, “Neftçi”ni büdrətmək istəyi yenə baş tutmadı. Nəticədə, paytaxt təmsilçisi liderliyini daha da möhkəmləndirib, zirvədə tək qaldı. Buna isə səfərdə “Xəzər Lənkəran”ı yenən “İnter” şərait yaratdı.
 
Hansı ki, bu görüş turun mərkəzi oyunu hesab olunurdu. Axı liderlər qrupunda münasibətlərə aydınlıq gətirilməsi baxımından bu oyunun önəmi böyük idi. “Xəzər Lənkəran” ötən tur səfərdə “Simurq”la oyunda 2:0 hesabı ilə irəlidə olsa da, sona qədər üstünlüyü qoruya bilmədi və oyun heç-heçə başa çatdı. Səfərdə itirdiyi xallar “Xəzər Lənkəran”ın liderliyi itirməsi ilə nəticələndi. Cənub təmsilçisi “Neftçi” ilə eyni xala – 28 xala sahib olsa da, şəxsi oyunlardakı nisbətə görə ikinci pillədə qərarlaşmışdı. Üstəlik, bu oyun ərəfəsində artıq “Neftçi”nin “Simurq”u yenməsi bilindiyindən, lənkəranlılar da qələbə qazanmağa sadəcə borcluydular. Bu, həm də ən yaxın izləyicilərindən olan “İnter”lə arasındakı xal fərqini artırmaq üçün vacib idi. Əks halda bu komanda işini daha da çətinə salmış olacaqdı.
 
Bu oyun öncəsi aktivində 12 qol olan “İnter” ilk altılıq komandaları arasında ən az qol vuran komandaydı. Bu üzdən də “bankirlər”in çətin Lənkəran səfərindən qələbəylə dönməsi o qədər də inandırıcı görünmürdü. Bununla belə paytaxt təmsilçisi qapısından 8 qol buraxmaqla həm də çempionatın ən etibarlı müdafiə xəttinə sahibiydi. Elə bu oyunda da bakılılar etibarlı müdafiə xətti ilə diqqət çəkdilər. Matçda vurulan yeganə qol isə məhz bu komandaya 3 xal qazandırdı. Maraqlıdı ki, birinci dövrədə də paytaxt təmsilçisi cari mövsümdə ilk dəfə “Xəzər Lənkəran”ı məğlub edərək cənubluların yenilməzlik seriyasına son qoymuşdu. Birinci dövrənin 8-ci turunda “Şəfa” stadionunda keçirilən oyunda “İnter” rəqibini minimal hesabla məğlub etmişdi - 1:0. Onu da qeyd edək ki, “Xəzər Lənkəran” cari mövsümdə doğma azarkeşləri önündə ilk dəfəydi məğlub oldu.
 
Bu görüşdə qeydə alınan qələbə də, məğlubiyyət də hər iki komandanın baş məşqçisinə baha başa gəldi. Belə ki, Kaxaber Tsxadadze matçdan sonra tribunadan atılan daşın başını partlatması üzündən qələbənin dadını doyunca çıxara bilmədi. “Ağ-yaşıllar”ın çalışdırıcısı Mirça Rednik isə bu dəfəki yenilgidən sonra nəhayət ki, istefaya getməyin lazım olduğunu başa düşdü. O, rəhbərliyin də razılığı əsasında komandadan getməyə qərar verdi. “Xəzər Lənkəran”ın mövsümün qalan dövründə hansı aqibəti yaşayacağı isə maraqla gözlənilir.
 
Premyer Liqa
15-ci tur
4 dekabr
 
Neftçi - Simurq - 4:2 (2:1)
Qollar: Araz Abdullayev, 10 (1:0), Robertas Poşkus, 18 (1:1), Araz Abdullayev, 36 (2:1), Bahodir Nasimov, 69 (3:1), R.Abışov, 76 (4:1), Kristap Qrebis, 90+2.
Vərəqələr: İqor Mitreski, 39 (düşünmədən rəqibə zərbə), Emin Mehdiyev, 86 (oyun məsafəsinə riayət etmədiyinə görə) - Robertas Poşkus, 3 (bilərəkdən topa əl ilə oyun), Aleksandr Şemonayev, 60 (düşünmədən rəqibə zərbə) – sarı.
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Rza Məmmədov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
4 dekabr 2011. Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 1000 tamaşaçı
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 11. Cavid Hüseynov, 14. Bahodir Nasimov (10. Emil Mpenza, 83), 15. Ruslan Abışov, 17. Araz Abdullayev (25. Cavid İmamverdiyev, 70), 18. Ruslan Əmircanov (28. Emin Mehdiyev, 79).
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 19. Mirhüseyn Seyidov, 22. Fərid Quliyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Simurq: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 17. Rüstəm Məmmədov, 13. Aleksandr Şemonayev, 4. Vasili Yanotovski, 8. Qərib İbrahimov (21. Kristap Qrebis, 77), 14. Andrey Rubin, 77. Daniel Genov, 28. Yevgeni Şmakov, 11. Robertas Poşkus.
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 6. Mikayıl Rəhimov, 10. Tofiq Mikayılov, 9. Əli Bağırov, 15. Anar Həsənli, 23. Ruhid Usubov.
Baş məşqçi: Sergey Yuran.
 
Qəbələ - Sumqayıt Şəhər - 3:1 (1:1)
Qollar: Serge Cehua, 37 (1:0), Samir Abasov, 39 (1:1), Dodo, 70 (2:1), Viktor Mendi, 86 (3:1).
Vərəqələr: Saşa Yunisoğlu, 62 (düşünmədən rəqibə ayaqla zərbə), Dodo, 71 (qeyri-idman hərəkəti), Aleksandr Çertoqanov, 90+2 (düşünmədən rəqibə ayaqla zərbə) – sarı.
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, İsgəndər Əliyev, Fuad Həsənov.
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Artırılan vaxt: I hissədə -yoxdur; II hissədə - 3 dəq.
4 dekabr 2011. Qəbələ. Hacıalı qəsəbə stadionu. 1000 tamaşaçı.
Qəbələ: 12. Pavel Doroşev, 3. Vurğun Hüseynov, 6. Lyuba Baranin (k), 8. Bruno da Silva, 9. Viktor Mendi (17. Arif İsayev, 89), 11. Serge Cehua, 14. Veselko Trivunovic, (26. Daniel Lopes Kruz, 86), 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 33. Saşa Yunisoğlu, 77. Dodo (7. Yaşar Abuzərov, 88).
Ehtiyat oyunçular: 30. Qrem Smit, 5. Sergey Sokolov, 22. Murad Hüseynov, 20. Stiv Olfers.
Baş məşqçi: Fatih Kavlak.
Sumqayıt Şəhər: 12. Sahil Kərimov, 4. Samir Abasov (k), 16. Hacı Əhmədov, 22. Ruslan Tağızadə, 25. Timur İsrafilov, 8. Emin Mustafayev (27. Ramil Həşimzadə, 79), 7. Mahmud Qurbanov, 9. Orxan Həsənov (50. Samir Abdulov, 75), 52. Bədavi Hüseynov, 47. Abdulla Abatsiyev (2. Slavik Alxasov, 69), 11. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 70. Şamil Camaləddinov, 5. Ramil Nuriyev, 15. Aleksandr Qross.
Baş məşqçi: Bernhard Raab.
 
Turan - Qarabağ - 0:1 (0:1)
Qol: Bəxtiyar Soltanov, 4.
Sarı vərəqələr: Namiq Əliyev, 14 (kobud oyun), Yasin Abbasov, 35 (kobud oyun), Ramal Hüseynov, 55 (qeyri-idman hərəkəti), Ruslan Abbasov, 63 (kobud oyun); 70 (kobud oyun), Georgi Beriaşvili, 75 (simulyasiya) - Boyan Pavloviç, 11 (bilərəkdən əl ilə oyun), Əfran İsmayılov, 55 (qeyri-idman hərəkəti), Tural İsgəndərov, 64 (hakimin qərarına etiraz) – sarı, Ruslan Abbasov, 70 (kobud oyun) – qırmızı vərəqə.
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Coşqun Həsənov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Əliyev
Hakim-inspektor: Fazil Mürşüdov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
4 dekabr 2011. Tovuz şəhər stadionu. 1500 tamaşaçı.
Turan: 1. Anar Nəzirov, 7. Ramal Hüseynov (k), 11. Georgi Beriaşvili (4. Seymur Tağıyev, 79), 14. Aleksandr Qoqoberişvili, 15. Namiq Əliyev, 17. Rəşad Piriyev (8. Akif Tağıyev, 67), 18. Hafiz Əliyev, 19. Ruslan Abbasov, 21. Rəşad Orucov, 22. Məhərrəm Müslümzadə (9. Yasin Abbasov, 12), 27. Zura Dzamsaşvili.
Ehtiyat oyunçular: 30. Ramil Kərimov, 6. Səbuhi İsmayılov, 16. Orxan İsmayılov, 28. Tuqay Alhüseynli.
Baş məşqçi: Əsgər Abdullayev.
Qarabağ: 99. Boyan Pavloviç, 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 9. Bəxtiyar Soltanov (11. Rauf Əliyev, 46), 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov (17. Vüqar Nadirov, 74), 24. Admir Teli, 77. Georgi Adamiya (25. Ansi Aqolli, 62), 88. Leonardo Roşa.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 20. Nderim Nedzipi, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
 
Rəvan - Kəpəz - 1:2 (0:2)
Qollar: Y.Fomenko, 39 (0:1), D.Parxaçov, 43 (0:2), R.Klaudiney, 57 (1:2)
Vərəqələr: Tural Axundov, 34 (qeyri-idman hərəkəti), Hüseyn İsgəndərov, 67 (qeyri-idman hərəkəti) - Nikolay Svejentsev, 1 (bilərəkdən rəqibi tutduğuna görə), Pərvin Paşayev, 19 (qeyri-idman hərəkəti), Konstantin Kolesnikov, 80 (bilərəkdən vaxtı uzatdığına görə), Sabir Allahquliyev, 84 (qeyri-idman hərəkəti), Junivan Suares, 89 (simulyasiya etdiyinə görə) – sarı.
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Akif Məmmədov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
4 dekabr  2011. Bakı. Dalğa Arena. 200 tamaşaçı.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 5. Natiq Kərimi (6. Taqım Novruzov, 46), 7. Reys Klaudiney, 8. Tural Axundov (15. Tural Cəlilov, 46), 11. Şeriff Suma, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 20. Kristian Torres, 24. Hüseyn İsgəndərov (30. Şarapudin Şalbuzov, 82).
Ehtiyat oyunçular: 61. İvan Vasilyev, 13. Fərid Həşimzadə, 25. Səbuhi Həsənov, 90. Sergey Çernışev.
Baş məşqçi: Vladislav Qədirov.
Kəpəz: 22. Konstantin Kolesnikov, 4. Azər Məmmədov (k), 8. Armand Feutçine, 17. Renat Sultanov (23. Junivan Suares, 70), 34. Cavad Mirzəyev (27. Pərvin Paşayev, 13), 10. Ceyhun Sultanov, 11. Sabir Allahquliyev, 14. Dmitri Parxaçov, 18. Nikolay Svejentsev, 19. Zaur Əsədov, 30. Yuri Fomenko (33. Təbriz Hüseynli, 90+3).
Ehtiyat oyunçular: 88. Elşən Poladov, 2. Nicat Məmmədov, 15. Şahin Kərimov, 25. Anton Qay.
Baş məşqçi: Mirbağır İsayev.
 
AZAL - Bakı - 1:0 (1:0)
Qol: Tales Şütz, 16.
Sarı vərəqələr: Ervin Bulku, 33 (fitdən sonra topa zərbə), Robert Petrov, 50 (simulyasiya), Viktor İqbekoyi, 67 (badalaq), Tərlan Xəlilov, 79 (rəqibi tutduğuna görə); 86 (icazəsiz meydana daxil olduğuna görə) - Uinston Parks, 58 (simulyasiya), Denis İvanov, 85 (qeyri-idman hərəkəti), Novruz Məmmədov, 88 (qeyri-idman hərəkəti) – sarı, Tərlan Xəlilov, 86 (icazəsiz meydana daxil olduğuna görə) – sarı.
Hakimlər: Anar Salmanov, Elman Musayev, Zeynal Zeynalov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
4 dekabr 2011. Bakı. AZAL Arena. 1000 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə, 16. Bronislav Arsenijeviç, 88. Ervin Bulku, 5. Aqil Nəbiyev (k), 2. Robert Petrov, 20. Mansur Limani (15. Georgi Boqyu, 25), 17. Viktor İbekoyi, 8. Elşən Məmmədov (19. Hüseyn Axundov, 83), 11. Zohair Benuahi, 10. Nuqzar Kvirtiya (7. Tərlan Xəlilov, 77), 23. Tales Şütz.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 6. Mindauqas Daunoraviçyus, 9. Vüsal Qarayev, 14. Orxan Səfiyaroğlu.
Məşqçi: Rafiq Mirzəyev.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanov, 4. Vadim Boret (22. Nicat Abdullayev, 83), 6. İbrahim Karqbo (5. Stevan Bates, 90), 8. Junior Xavier Vilson, 15. Cəmşid Məhərrəmov (k), 20. Fabio Luis Ramin, 21. Novruz Məmmədov, 25. Şəhriyar Əliyev, 36. Uinston Parks, 99. Rəhman Hacıyev (85. Jaba, 58).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 7. Deyvidas Çesnauski, 17. Emin Cəfərquliyev, 32. Aleksey Savinov.
Baş məşqçi: Aleksandr Starkov.

Xəzər Lənkəran - İnter - 0:1 (0:0)
Qol: Baçana Tsxadadze, 78.
Vərəqələr: Elnur Allahverdiyev, 17 (rəqibə qarşı kobud oyun), Adrian Pit, 26 (simulyasiya) - Asif Mirili, 34 (rəqibə badalağa görə), Valeri Abramidze, 75 (qeyri-idman hərəkəti), Baçana Tsxadadze, 78 (qeyri-idman hərəkəti), Georgi Lomaya, 90+2 (bilərəkdən vaxtı gecikdirdiyinə görə) – sarı.
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Ramiz Əsədov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Gülağa Cabarov
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
4 dekabr 2011. Lənkəran şəhər mərkəzi stadionu. 7500 tamaşaçı.
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev (33. Deyan Rusiç, 72), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 17. Zahid Quliyev, 22. Antonio Semedo, 23. Şəhriyar Xəlilov (32. Mario Rosas, 51).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Elvin Beqiri, 18. Alim Qurbanov, 20. Eldar İsmayılov, 27. Habil Nurəhmədov.
Baş məşqçi: Mirça Rednik.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov, 7. Ruslan Poladov, 8. Nizami Hacıyev (11. Asif Məmmədov, 59), 10. Asif Mirili (14. Peter Zlatinov, 71), 15. Vladimir Levin (k), 21. Arif Daşdəmirov, 22. Peter Xrappan, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze (9. Enyo Krastovçev, 83).
Ehtiyat oyunçular: 99. Səlahət Ağayev, 13. Bronislav Çervenka, 16. Elnur Abdulov, 30. Danildo Assioli.
Baş məşqçi: Kaxaber Tsxadadze.
 
1
Neftçi
15
10
1
4
27-13
31
2
İnter
15
8
5
2
13-8
29
3
Xəzər Lənkəran
15
8
4
3
20-16
28
4
Bakı
15
7
4
4
22-13
25
5
Qarabağ
15
7
3
5
18-14
24
6
Qəbələ
15
6
3
6
17-19
21
7
AZAL
15
5
5
5
19-17
20
8
Rəvan
15
4
6
5
18-19
18
9
Simurq
15
4
4
7
15-19
16
10
Kəpəz
15
4
4
7
19-24
16
11
Turan
15
3
2
10
9-22
11
12
Sumqayıt Şəhər
15
2
3
10
8-21
9
 
Bombardirlər:
6 - Bahodir Nasimov (Neftçi), Uinston Parks (Bakı), Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL).
5 - Sergey Artyux (Turan), Flavinyo (Neftçi)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.