4 dekabr 2011 11:28
Rauf Mehdiyev: Qışa kimi Neftçi liderliyi möhkəmləndirməlidi
“Neftçi”nin qapıçısı Rauf Mehdiyev Premyer Liqanın 15-ci turunun “Simurq”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Neftçi”ni kubok matçının ardından “Simurq”la növbəti oyun gözləyir...
- Çox çətin rəqibdi. Təəssüf ki, bu oyuna itkilərlə çıxacağıq. Bu görüşdə bizə 3 xal qazanmaq və liderliyimizi qorumaq lazımdı. Biz “Xəzər Lənkəran”dan yeddi xal dala qalırdıq. İndi artıq onları qabaqlamışıq. Qışa kimi liderliymizi daha da möhkəmləndirmək istəyirik.
- Flavinyonun yoxluğunu necə kompensasiya edəcəksiz?
- O, yaxşı futbolçudu. Amma əvəzedilməz deyil. Fikir verdinizsə, o, son oyunumuzda 30-cu dəqiqədə meydandan qovuldu, bir saat onsuz oynadıq. “Neftçi”da ona da əvəzləyici tapılar.
- Yeri gəlmişkən, Zaqataladan olan azarkeşlər keçmiş qapıçılarını necə qarşıladılar?
- Şübhəsiz ki, reaksiyasız ötüşmədilər. Hərdən aqressiv hərəkətlər də olurdu. Psixoloji cəhətdən mənə mane olmağa çalışırdılar. Prinsipcə, azarkeşlər hər yerdə özlərini belə aparırlar.
- Şübhəsiz ki, reaksiyasız ötüşmədilər. Hərdən aqressiv hərəkətlər də olurdu. Psixoloji cəhətdən mənə mane olmağa çalışırdılar. Prinsipcə, azarkeşlər hər yerdə özlərini belə aparırlar.
- Onlar buna nail ola bildilərmi?
- Nəticə hər şeyi deyir. Hər halda növbəti mərhələyə məhz “Neftçi” yüksəldi. Oyun zamanı heç nəyə fikir vermirəm. Həm də mənim bu komandaya qarşı hansısa qəsdim yoxdu. O vaxt sadəcə baş məşqçi Roman Pokora ilə prinsipim vardı.

- Demək olar ki, mövsüm yarılanır, siz isə kubok matçında debüt etdiniz...
- Yarım il oynamadım. Əlbəttə, ehtiyatda oturmaq xoş deyil. Amma bu, futboldu. Hər futbolçuda belə ola bilər. Mən həmişə meydana çıxmağa, komandamın uğuru üçün çalışmağa hazıram.
- Son dövrlərdə Saşa Stamenkoviçin oyununda bəzi səhvlər diqqət çəkir. Deməli, sizi təsadüfən qapıya qoymayıblar...
- Digər klublarda olduğu kimi, “Neftçi”də də güclü rəqabət var. Kimin oynayacağına da baş məşqçi qərar verir.
- “Simurq”la oyundakı çıxışınızla serbi əsas heyətdən sıxışdıracağınıza inanırsız?
- Bunu zaman göstərəcək. Təkrar edirəm ki, hər şeyə baş məşqçi qərar verir. Mən həmişə oynamağa hazıram və bunu çox istəyirəm.
- Bunu zaman göstərəcək. Təkrar edirəm ki, hər şeyə baş məşqçi qərar verir. Mən həmişə oynamağa hazıram və bunu çox istəyirəm.