4 dekabr 2011 12:18
Türklər Amitin çıxışını qiymətləndirdilər
Türkiyə mətbuatı yığma komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin Bank Asya birinci liqanın son turundakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, evdə “Elazığspor” ilə qarşılaşmanın iştirakçısı olan “Kayseri Erciyesspor”un üzvü orta qiymətə layiq görülüb.
Belə ki, türkiyəli həmkarlarımız Amitə 4 bal veriblər. Hansı ki, onunla yanaşı daha 2 komanda yoldaşı eyni qiymətə layiq görülüb.
Xatırladaq ki, Amit bu oyunda start heyətində meydana çıxmışdı. Lakin o, cəmi 45 dəqiqə meydanda olub və fasilədə əvəzlənib. Komandası isə məğlubiyyətdən qaçmasına sevinib – 1:1.
Kayseri ERCİYESSPOR: Ferhat – 4, Davut - 5, Fatih Kılıçkaya - 5, Cemil - 6, Kemal Okyay - 5, Serkan - 5 (Metin, 89) - Hassan Vaswv - 7, Amit Quluzadə - 4 (Cenk , 46) – 5, Hanni – 4, Emrah – 6, Posinkoviç - 5 (Ali Can, 77) – 5.
