4 dekabr 2011 00:20
Berti Foqts üçün iki Premyer Liqa 2 oyunu
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Premyer Liqanın 15-ci turu çərçivəsində keçiriləcək oyunlardan ikisini canlı izləyəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, almaniyalı mütəxəssis dekabrın 4-də, saat 14:00-da, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Simurq” qarşılaşmasını və həmin gün saat 16:00-da “AZAL Arena”da keçiriləcək AZAL – “Bakı” oyununu izləyəcək.
