4 dekabr 2011 00:48
Vaqif Sadıqov: Foqtsun qarşısına daha yüksək hədəflər qoyulmalıdı
Rusiyanın “Anji” klubunun məşqçisi Vaqif Sadıqov futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki oyunlarının təqvimi, eləcə də baş məşqçi Berti Foqtsla müqavilənin müddətinin artırılması ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Fikrimcə, AFFA Foqtsla müqavilənin müddətini uzatmaqla düzgün addım atdı. O, artıq dörd ildi Azərbaycanda işləyir və bizim futbolçuları da tanıyır. Amma yeni tsikldə ona artıq başqa cür yanaşmalıyıq. Hər halda daha hansısa vaxt istəməkdən söhbət gedə bilməz. Foqtsun qarşısına nisbətən yüksək hədəf qoyulmalıdı. Məsələn, biz qrupda üçüncü ya da dördüncü olmalıyıq. Əks halda hansısa inkişafdan danışmaq yersiz olacaq”.