5 dekabr 2011 01:27
Yığmamızın müdafiəçisi darmadağına üzüldü
Futbol üzrə Azərbaycan milli komandasının futbolçusu Ufuk Budak Almaniya çempionatında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimizin türk əsilli müdafiəçisinin çıxış etdiyi "Freiburg II" Almaniyanın Regional Liqasında növbəti turun oyununa çıxıb.
"Freiburhg II" "İnqolştadt II"ni qəbul edib. Ufukun klubu meydandan 1:4 hesablı məğlubiyyətlə ayrılıb. "Frayburq II"nin yeganə qoluna 25-ci dəqiqədə Tedesko imza atıb.
Ufuk meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. Onun komandası hazırda 29 xalla 9-cu pillədə gedir.
