5 dekabr 2011 13:36
Elxan Abdullayev: Üçü yanlış, üçü doğru
AZAL-ın sabiq baş məşqçisi Elxan Abdullayev Premyer Liqamızın 15-ci turunun oyunları ilə bağlı verdiyi proqnozlardan üçündə yanılıb. Azerisport.az xəbər verir ki, o, 3 görüşün nəticəsini öncədən düzgün proqnozlaşdırsa da, qalanlarının nəticəsini müəyyənləşdirə bilməyib.
Belə ki, Abdullayev “Neftçi” – “Simurq”, eləcə də “Qəbələ” – “Sumqayıt Şəhər” görüşlərində meydan sahiblərinin, eləcə də “Turan” – “Qarabağ” görüşündə qonaqların qələbə qazanacağını öncədən dəqiq müəyyənləşdirib. Lakin onun “Xəzər Lənkəran” – “İnter” və AZAL – “Bakı” oyunlarında heç-heçə qeydə alınacağı, “Rəvan” – “Kəpəz” matçında isə paytaxt klubunun qələbə qazanacağına dair proqnozları özünü doğrultmayıb.
