5 dekabr 2011 13:42
Rednik Lənkərandan göz yaşları içində ayrıldı
"Xəzər Lənkəran"dan istefa verən Mirça Rednik bu gün Lənkəranı tərk edib. Azerisport.az xəbər verir ki, rumın mütəxəssisi saat 10:00-da "Fırtınalar meydanı"nın qarşısından azarkeşlər yola salıb.
İlk olraq stadion əməkdaşları ilə vidalaşan Rednik daha sonra stadionun qarşısında toplaşan azarkeşlərin yanına yollanıb. İstər stadion əməkdaşları, istərsə də azarkeşlər rumın mütəxəssislə sağollaşarkən göz yaşlarını saxlaya bilməyib. Rednik özü də ağlayıb. Azarkeşlər onu "Mirça sən bizim qəlbimizdəsən" şüarı ilə yola salıb.
Stadionun əsas girişində isə küçəni süpürən 60 yaşlı bir qadın "Rednik kimi səmimi məşqçini görməyə yaşım catarmı görəsən" deyərək hönkürtü ilə ağlayıb.
