5 dekabr 2011 13:58
Mirça Redniki işsiz qoymayacaqlar
“Xəzər Lənkəran”dan istefa verən Mirça Rednik deyəsən çox işsiz qalmayacaq. Azerisport.az xəbər verir ki, artıq onun yeni müştərisi tapılıb.
Belə ki, Rumıniyanın “Steaue” klubunun prezidenti Cici Bekali bəyan edib ki, Redniki komandasının sükanı arxasında görmək istəyir. Bu barədə məlumatı rumın mətbuatı yayıb. Buxarest təmsilçisi son dövrlər yeni baş məşqçi axtarışında idi. Rednikin “Xəzər Lənkəran”dan ayrılması “Steaua” rəhbərliyinin bütün diqqətlərinin ona yönəlməsi ilə nəticələnib.
Rednik özü də “Steaua”nı çalışdırmaqda problem görmür. Hər halda o, Rumıniya mətbuatına açıqlamasında bunları dilə gətirib:
“Mən hələ Rumıniya çempionatı haqda danışmaq istəmirəm. İndi bunun məqamı deyil. Bu həftə Rumıniyaya qayıdacağam. Məhz bundan sonra daha çox danışa bilərəm. Düşünmürəm ki, “Steaua”ya keçidimdə hansısa problem yarana. Sadəcə, klub prezidenti Cici Bekali ilə hələ heç bir danışığım olmayıb”.

Qeyd edək ki, “Steaua” hazırda Rumıniya çempionatında 7-ci pillədə gedir.