5 dekabr 2011 14:17
Sumqayıt Şəhərdən azarkeşləri üçün sürpriz
Dekabrın 9-da “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubu “Sual yağışı” şərti adı altında məşqçi heyətinin və bir neçə aparıcı futbolçusunun sumqayıtlı futbol azarkeşləri ilə görüşünü təşkil edəcək. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, debat şəklində keçəcək tədbirdə klubun baş məşqçisi Bernard Raab da iştirak edəcək. Görüşdən sonra “Sumqayıt Şəhər”lə fanat qrupu arasında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yoldaşlıq oyunu təşkil olunacaq.
Qeyd edək ki, görüş saat 14:00-da başlayacaq.
