5 dekabr 2011 14:25
Braziliya çempionunu müəyyənləşdirdi
Braziliyanın futbol üzrə yeni ölkə çempionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu titulu sonuncu - 38-ci turun oyunlarından sonra "Corinthians" qazanıb.
"Corinthians" həlledici oyunda "Palmeiras"ı qəbul edib. Hər komandadan iki futbolçunun qırmızı vərəqə aldığı oyun 0:0 hesabı ilə yekunlaşıb. Bu nətiəcə "Corinthians"ın tarixində 5-ci dəfə çempion titulunu qazanması üçün yetərli olub. Klub bundan əvvəd 1990, 1998, 1999 və 2005-ci illərdə birincilik sevinci yaşamışdı.
İkinci pillədəki "Vasco da Gama" üçüncü yerin sahibi "Flamengo"nu qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
1-2-ci pillələrin sahibləri - "Corinthians" və "Vasco da Gama" birbaşa Libertadores Kubokunun qrup mərhələsinə, 3-cü yerdə qərarlaşan "Flamengo" isə turnirin təsnifat mərhələsinə vəsiqə qazanıb.
