5 dekabr 2011 14:33
Argentinada Aperturanın qalibi bəlli oldu
Argentinanın Apertura Liqasının (Açılış Liqası) qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, "Boca Juniors" sona iki tur qalmış birinciliyini elan edib.
17-ci turda "Banfield"i qəbul edən "Boca Juniors" 3:0 hesablı qələbə qazanaraq xal hesabını 39-a yüksəldib. Bununla da ən yaxın izləyicisi "Racing"i 11 xal qabaqlayan ölkə futbolunun flaqmanı sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, 20 komandanın yer aldığı Argentina çempionatı ildə iki dəfə keçirilir və hər biri 19 turdan ibarət olur. Apertura (Açılış) adı verilən ilk liqa sentyabr-dekabr aylarında, Klasura (Bağlanış) adı verilən ikinci liqa isə fevral-iyun aylarında keçirilir.
