5 dekabr 2011 02:26
Xəzər Lənkəranı Cüneyt Biçər çalışdıracaq?
Mirça Rednikin istefasından sonra "Xəzər Lənkəran"ın yeni baş məşqçisinin kimliyi maraqla gözlənilir. Azerisport.az xəbər verir ki, rumın çalışdırıcının postunu tərk etməsindən bir neçə saat keçməsinə baxmayaraq artıq bu posta ilk namizədlə bağlı müəyyən informasiyalar yayılıb.
Məlumatlara görə, rəhbərlik komandanı Cüneyt Biçərə tapşırmaq istəyir. Türk mütəxəssis hazırda "Xəzər Lənkəran"da idman direktoru vəzifəsini turur. O, əvvəllər Türkiyənin "Pazarspor", "Muğlaspor", "Bucaspor" və "Altay" klublarında çalışıb, bir müddət "Bakı"nın baş məşqçisi olub.
