5 dekabr 2011 15:06
AFFA-nın turnirində yenə Zirvə sevindi (FOTOLAR)
AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitməqüsurlu əlillər arasında keçirilən, Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turniri başa çatıb. Azerisport.az xəbər verir ki, turnirin qalibi adını “Zirvə” komandası qazanıb. “Şimşək” ikinci, “Birlik” isə üçüncü yeri tutub. “Ən yaxşı oyunçu” nominasiyasının qalibi Fuad Kişiyev (“Zirvə”) olub. “Ən yaxşı qapıçı” adına “Birlik” komandasının qolkiperi Həmid Abdullayev layiq görülüb. Onun komanda yoldaşı Etibar Zakurdayev isə 10 qolla ən məhsuldar oyunçu olub.
